{category-title}

Gündəm / Kriminal
5.07.2025, 16:50
Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var

Mingəçevir şəhərində Kür çayında 2 kater toqquşub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.