{category-title}

Gündəm / Dünya
23.06.2025, 19:21
KİV: İordaniyada bir çox hotelin yerləşdiyi ərazidə pilotsuz təyyarə qəzaya uğrayıb
<!-- x-tinymce/html -->

İordaniyanın paytaxtı Əmmanın qərb rayonlarından birində pilotsuz təyyarə (PUA) qəzaya uğrayıb.
Bu barədə “Petra” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, PUA bir çox hotelin cəmləşdiyi Umm-Uzein bölgəsinə düşüb. Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qəzaya uğrayan PUA-nın hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.