{category-title}

Gündəm / Dünya
26.05.2025, 08:51
KİV: ABŞ-nin Cənubi Karolina ştatında atəş açılıb, 11 nəfər yaralanıb
<!-- x-tinymce/html -->

ABŞ-nin Cənubi Karolina ştatında silahlı insident baş verib, azı 11 nəfər xəstəxanalara yerləşdirilib.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə bazar günü yerli vaxtla saat 21:30-da (Bakı vaxtı ilə 05:30) Littl-River yaşayış məntəqəsində baş verib. Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat verilmir.