{category-title}

<!-- x-tinymce/html -->

Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH

 
Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan "Taliban" radikal islamçı hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb.

Məhkəmə baş prokurorun iddiasını təmin edib. Bu o deməkdir ki, Rusiya hakimiyyəti artıq "Taliban"ı terror təşkilatı hesab etməyəcək.

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında “Taliban”ı ölkəsində qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa imkan verən qanunu imzalamışdı. Sənədə əsasən, təşkilat “terrorçuluğun təbliğatı, əsaslandırılması və dəstəklənməsinə yönəlmiş fəaliyyətini dayandırdığı” təqdirdə Rusiya Baş prokurorunun sorğusu əsasında məhkəmə fəaliyyət qadağasını dayandıra bilər. Çünki bundan əvvəl təşkilatın terrorçular siyahısıdan çıxarılmasına dair mexanizm qəbul olunmamışdı.

Rusiya onu 2003-cü ildə terror təşkilatı sırasına daxil etmişdi. Qərarda deyilirdi ki, "Taliban" Çeçenistan və Mərkəzi Asiya dövlətlərində qanunsuz silahlı qruplaşmalar yaradır və İŞİD-lə sıx əlaqə saxlayır. O vaxt Rusiya Əfqanıstanda "Taliban"a qarşı əməliyyatlar aparan ABŞ-yə və müttəfiqlərinə müəyyən dəstək verirdi.

2001-ci ildən 2021-ci ilədək “Taliban” hərəkatı Əfqanıstanın müxtəlif bölgələrində silahlı əməliyyatlar keçirib. Hərəkat ölkənin təhlükəsizliyi üçün təhdid yaradırdı. Ona görə 2015-2016-cı illərdə Çin və Qətərin vasitəçiliyi ilə ABŞ və yerli hakimiyyət nümayəndələri, eləcə də hərəkat təmsilçiləri arasında danışıqlar keçirildi. Ancaq bu danışıqlar nəticəsiz qaldı.

“Taliban” hərəkatı birinci dəfə hakimiyyətə gəldiyi kimi, 2021-ci ilin avqustunda yenidən Əfqanıstana nəzarəti ələ keçirdi. Ona qarşı olan qüvvələr ölkəni tərk etməyə məcbur oldular.

Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH

Vladimir Putin

Nə birinci, nə də ikinci dönəmdə hərəkat hakimiyyətinin legitimliyi, Pakistan və Qətər istisna olmaqla, dünya dövlətləri tərəfindən tanınmayıb. Bir sıra ölkələr, o cümlədən Rusiya onu terrorçu təşkilatlar siyahısında daxil edib.

ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısında, Pakistandakı “Təhrik-e-Taliban” daxil olmaqla, 70-dən çox başqa qruplaşmanın adı olsa da, Əfqanıstan “Taliban”ının adı yoxdur. İddia edilir ki, bu hərəkat terrorizm və terror haqqında tərifə uyğun gəlmir. Mütəxəssislər bildirib ki, onlar hökumətə təsir etmək üçün mülki əhaliyə qarşı hücum etmirlər.

Bu hərəkat faktiki olaraq hökumətdir. Ekspertlərin qənaətincə, ABŞ onları terror təşkilatı kimi tanısaydı, onda özü və tərəfdaşları onlarla əlaqə saxlamaqda çətinliklə üzləşərdi.

Bununla belə, "Taliban" ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır.

Rusiyanın bu hərəkata münasibətinə gəldikdə isə, “Taliban” ikinci dönəmdə hakimiyyətə gəldikdən sonra rəsmi Moskva ötən dəfəki kimi davranmayıb. Belə ki, “Taliban” hökumətinin rəsmiləri Rusiyaya səfər edərək ikitərəfl əməkdaşlıqda maraqlı olduqlarını, habelə Rusiyanın tətbiq etdiyi sanksiyaları götürməsini istəyiblər.

Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH

Rusiyanın “Taliban”la de-fakto münasibəti var idi. Ona qoyulan qadağanın götürülməsi Rusiyanın Əfqanıstanda fəallığını artıra bilər. Rusiya bununla Əfqanıstandakı güclərin iştirakı baxımından mövcud boşluğu müəyyən mənada doldurar. O, indiki qarışıq vəziyyətdə Yaxın Şərq regionuna yaxınlaşar, İrana və Pakistana əlavə çıxış əldə edə bilər. Çinlə birlikdə Əfqanıstana nəzarəti ələ keçirər.

Əfqanıstan dünyada ən zəngin mineral ehtiyatlara, xüsusilə neft, qaz, kömür, mis, gümüş, qızıl, kobalt, kükürd, qurğuşun, sink, nadir torpaq elementləri, dəmir filizi, duz, qiymətli və yarımqiymətli daşlara malikdir. Əfqanıstanda digər təbii ehtiyatlar arasında elektromobillərin istehsalında istifadə olunan litium yataqları da var. Pentaqonun 2010-cu ildə yaydığı hesabatda, Əfqanıstan “litiumun Səudiyyə Ərəbistanı” ola biləcəyi qeyd edilmişdi.

Bir neçə il öncə “The Diplomat” jurnalında dərc edilmiş məqalədə Əfqanıstanda faydalı qazıntıların və nadir torpaq elementlərinin dəyəri 1-3 trilyon dollar həcmində qiymətləndirilirdi.

Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH

Əfqanıstanın zəngin yeraltı sərvətlərə malik olması yenilik deyil. Rusiyanın onu rəsmi olaraq terrorçu təşkilatlar siyahısından çıxarması ilə ölkənin bu üstünlüyünü də xatırlamaq istədik. Çünki Rusiya həmin sərvətlərin hasilatı üçün “Taliban” hökuməti, yaxud rəsmi Kabillə müqavilələr imzalaya bilər.

Moskvanın bu addımı perspektivdə, ABŞ başda olmaqla, Qərblə Əfqanıstan uğrunda yeni mübarizəyə təkan verər. Rusiyanın bu qərarını ölkəyə doğru yeni ilk addım da saymaq olar. Onun ardınca ABŞ-nin də “Taliban”a görə Əfqanıstanın xarici banklardakı hesablarına qoyulan həbsləri və hərəkata tətbiq edilən sanksiyaları aradan qaldırması da mümkündür.

Bir ehtimalı da qeyd etmək istərdik. “Taliban”la Rusiya arasında Şimali Koreya, Vyetnam, hətta İranla hərbi sahədə əməkdaşlıq, yardımlaşma haqqında imzalanmış müqaviləyə oxşar sənəd də imzalana bilər.

Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH

“Newsweek” Cənubi Koreya Müdafiə Analizi İnstitutunun (KIDA) hesabatına istinadən bildirib ki, Rusiya Ukraynadakı müharibədə iştirak edən Şimali Koreya hökumətinə ən azı 20 milyard dollar qazanc gətirib. Məlumata görə, 2023-cü ildə Şimali Koreyanın ÜDM-i təxminən 23 milyard dollar təşkil edib. Yəni Ukraynada müharibə Pxenyana bütün Şimali Koreya iqtisadiyyatının bir il ərzində yaratdığı qədər əlavə gəlir gətirib.

Bu baxımdan, Rusiyanın “Taliban”la analoji müqaviləsi Əfqanıstana da qazandıra bilər. Hərəkat isə başqa ölkələrin ərazisində terror, silahlı əməliyyat keçirmədiyini iddia edir.

Beləliklə, Əfqanıstanın Mərkəzi Asiyada daha ciddi layihələrdə iştirakı üçün yeni yol, fürsət açılır...(Report)

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər