{category-title}
Gündəm / Olkə
2.12.2019, 12:30
Əfqanıstan hökumətindən Taliban qruplaşmasına ÇAĞIRIŞ
Əfqanıstan hökuməti Taliban terror qruplaşmasına atəşkəs üçün çağırış edib.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, açıqlamaya görə, hökumət Talibanın sülh prosesinə cəlb edilməsi üçün böyük güzəştlər edir. Bildirilib ki, Taliban atəşkəsə müsbət cavab verərsə, qruplaşma ilə hökumət arasında birbaşa görüşlərə start veriləcək.
Taliban isə çağırışa müsbət cavab verməyə tələsmir. Qruplaşmanın açıqlamasına görə, Taliban ABŞ hökuməti ilə danışıqlar apardığından bu müzakirələrin nəticəsini gözləmək lazımdır.