{category-title}

Gündəm / Dünya
1.03.2025, 13:43
Belqorod vilayətində Ukraynanın PUA-sı məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində bir Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 1-də Moskva vaxtı ilə saat 10:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda qeyd olunub.