{category-title}

<!-- x-tinymce/html -->

Ermənistanda yeni qanun layihəsi – Aİ-yə üzvlük Marsda su tapmaq qədər qəliz məsələdir - ŞƏRH

 
Bir neçə müddətdir Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyub. Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinə başlamaq üçün qanun layihəsini müzakirəyə çıxarıb. Maraqlıdır ki, bu addım baş nazir Nikol Paşinyanın Fransa səfərindən sonra baş tutub və ehtimal etmək olar ki, erməni siyasətçi məhz Emmanuel Makronla görüşdə bu məsələni müzakirə edərək İrəvana qayıdıb. ABŞ səfəri uğursuz olan Paşinyanın təyyarənin mühərrikinin istisi soyumadan Parisə uçması da məhz bu məsələyə dəlalət edir. Qeyd etmək yerinə düşər ki, qanun layihəsi vətəndaş təşəbbüsü tərəfindən 60 min imzanın toplanaraq təqdim edilməsindən başlayıb.

Parlamentə təqdim edilən qanun layihəsi heç bir müxalifət partiyası tərəfindən dəstəklənməyib. Hakim partiya isə səs çoxluğundan istifadə edərək, layihəni qəbul edib. “Mənim şərəfim var” bloku konkret olaraq layihənin əleyhinə çıxıb, “Hayastan” bloku isə səsvermədə iştirakdan imtina edib. Fraksiyalar bunu Ermənistanın sonu adlandırıblar. Bu günə qədər Rusiya əleyhinə bəyanatlar səsləndirən Ovik Ağazaryanın layihənin lehinə səs verəcəyi düşünülsə də, siyasətçi bundan imtina edib və səsvermədə iştirak etməyib. Bu da onu deməyə əsas verir ki, 2026-cı il seçkilərində müxalifətin əsas hədəfi Moskvadan dəstək almaq, günü-gündən dərinləşən İrəvan-Kreml narazılığından istifadə etməkdir.

2026-cı il seçkiləri ilə bağlı manipulyasiyaların başladığı bir dövrdə həm müxalifətin, həm də iqtidarın diqqəti əsasən Gümrü bələdiyyə seçkilərinə yönəlib. Mübaliğəsiz demək olar ki, Gümrü seçkiləri “Mülki müqavilə” üçün çox vacibdir və hətta onu ölüm-dirim mübarizəsi də adlandırmaq olar. Regionlarda əsas strukturlara öz adamlarını gətirmək, növbəti parlament seçkilərində dəstək almaq Paşinyan hakimiyyətinin əsas məqsədlərindən biridir.

Ermənistanda yeni qanun layihəsi – Aİ-yə üzvlük Marsda su tapmaq qədər qəliz məsələdir - ŞƏRH

İşin maraqlı tərəfi odur ki, müxalifət bu qanun layihəsinə səs verməməklə, gələcəyə yönəlik addımlar atırlar. Birincisi, siyasətdən az-maz başı çıxan hər kəs dərk edir ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü Marsda su tapmaq qədər qəliz məsələdir. Çünki qurumun yeni ildə yayımlanan platformasında genişlənmə siyasəti ilə bağlı heç bir bənddə buna işarə yoxdur. İkincisi, ortada Gürcüstan təcrübəsi var və neçə illik gözləntidən sonra eyni fiaskonun İrəvanı da gözləyəcəyi gün kimi aydındır. Üçüncüsü, ortada standartlar məsələsi var və beynəlxalq hesabatlara baxanda, Ermənistanda son il ərzində Aİ-nin tələblərinin heç birinin reallaşmadığı, vəziyyətin daha da pisləşdiyi üzə çıxır. Bu sıraya təhsil, səhiyyə və korrupsiyaya qarşı mübarizədə hakimiyyətin uğursuzluqlarını da qeyd etmək lazımdır.

Eyni zamanda iqtisadi uyğunsuzluq da əsas problemlərdəndir və bu standartlara çatmaq üçün İrəvana ən azı 50 il vaxt lazımdır. Dördüncüsü, 12 fevral tarixində Ermənistan parlamentində qəbul edilən qanun layihəsi ilə bağlı nə Avropa Komissiyasından, nə də Aİ-nin siyasi qurumlarından heç bir bəyanat səsləndirilməyib, dəstəklənməyib. Bu da onu deməyə əsas verir ki, İrəvan Aİ-inin heç vecinə də deyil. Qəbul edilən qanun layihəsi İttifaqın heç tükünü də tərpətməyib. Çünki onlar belə bir üzvlüyü nəzərdə tutmayıblar. Danışıqlar, söhbətlər sadəcə siyasi manipulyasiya xarakteri daşıyır.

Ermənistanda yeni qanun layihəsi – Aİ-yə üzvlük Marsda su tapmaq qədər qəliz məsələdir - ŞƏRH

İşin maraqlı tərəfi odur ki, Nikol Paşinyanın diktəsi və Qərbdəki ağalarının sifarişi ilə parlamentə daxil olunan qanun layihəsi birbaşa Ermənistan Konstitusiyasının pozulmasıdır. Məsələ burasındadır ki, Konstitusiyanın 205-ci maddəsi və Ermənistan Respublikası Qanununun 15-ci maddəsi ilə millətlərarası beynəlxalq təşkilatlara üzvlük proseduru tənzimlənir. Müvafiq olaraq, beynəlxalq təşkilat kimi Avropa İttifaqına qoşulma prosesinin təşəbbüskarı olmaq səlahiyyəti hökumətə, üzvlük üçün zəruri olan referendumun keçirilməsi qərarı isə Ermənistan Respublikası xalqının iradəsini birbaşa ifadə edən referendum yolu ilə Milli Assambleyaya məxsusdur. Elə buna görə də parlamentdə qəbul edilən qanun layihəsi hüquqi baxımdan absurd sənəd sayılır, çünki qanunun tələblərinə uyğun deyil.

Bundan əlavə, layihədə yer alan “Ermənistan Respublikası xalqının iradəsini ifadə edən Ermənistan Respublikası” ifadəsi birbaşa Konstitusiyanın 205-ci maddəsinin 1-ci hissəsi ilə ziddiyyət təşkil edir. Çünki erməni xalqının Aİ-yə üzvlüklə bağlı iradəsi yalnız referendum yolu ilə ifadə edilə bilər. Parlament isə bu qanun layihəsi ilə xalqın iradəsini yox, öz iradəsini ifadə edib. Belə bir qanun layihəsi parlamentə bir neçə min imza ilə yox, referendum nəticəsi ilə daxil ola bilərdi. Deməli, Paşinyan komandası siyasi ambisiyaları üçün Konstitusiya maddəsini pozub.

Ermənistanda yeni qanun layihəsi – Aİ-yə üzvlük Marsda su tapmaq qədər qəliz məsələdir - ŞƏRH

Beləliklə, hüquqi baxımdan qanun layihəsinin Avropa İttifaqına üzvlük və ya üzv olmama məsələsi ilə bağlı hər hansı hüquqi nəticəsi ola bilməz, lakin bir siyasi sənəd kimi Ermənistan Respublikasının dövlətlərüstü təşkilatlara, xüsusən də Avrasiya İqtisadi İttifaqına üzvlüyü nəzərə alınmaqla, Ermənistan Respublikası üçün geri dönməz siyasi və iqtisadi nəticələr ola bilər. Çünki bu proses erməni iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən Aİİ bazarları ilə azad ticarəti təhlükə altına qoyur.

Xatırlamaq lazımdır ki, bu yaxınlarda Rusiya XİN-in müavini Mixail Qaluzin bəyanat verərək bildirdi ki, İrəvan Aİ və Aİİ arasında seçim etməli olacaq. Bu da Ermənistan iqtisadiyyatının ciddi təhlükə ilə üz-üzə olduğuna işarədir. Belə bir qanun layihəsinin erməni dövləti üçün mənfi geosiyasi nəticələri də mövcuddur. Paşinyan bununla da Ermənistanı geosiyasi çıxılmaz vəziyyətə sala bilər.

Bütün bunlardan çıxan nəticə odur ki, parlamentə təqdim edilən qanun layihəsi əslində hakim partiyanın növbəti populist addımıdır. Qərbpərəst qanad ictimaiyyətə vizaların liberllaşdırılacağı vədini versələr də, Paşinyan hakimiyyəti dövründə yerli sakinlər Aİ-yə üzv dövlətlərə viza almaqda daha çox çətinliklə üzləşiblər.

Qısacası, Aİ-nin Ermənistana ehtiyacı yoxdur və onu orada gözləyən yoxdur. İrəvan və Paşinyan hakimiyyəti Qərbə sadəcə Rusiyaya qarşı mübarizə baxımından lazımdır. Bir sözlə, “Avropaya doğru” layihəsi nəinki nöqsanlıdır, həm Ermənistan-Rusiya, həm də Ermənistan-Avropa İttifaqı əlaqələrinə və münasibətlərinə daha çox xələl gətirəcək. Ermənistan Aİ-yə üzv ola bilməyəcək, amma paralel olaraq Rusiya və İranla münasibətləri korlayacaq...(Report)

Son xəbərlər

Prezident: Ballıca kəndinin bərpası artıq son mərhələdədir

İsmayıllıda zəlzələ olub

Asiya Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul ediləcək

Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü - Fotolar

Ceyhun Bayramov Küveytə səfər edəcək

Xankəndidə Zəfər parkının təməli qoyuldu - Yenilənib - Fotolar

Peskov: Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üçün çox mühüm addım atıblar

Azərbaycanda hava nəqliyyatında təhlükəli yük, hərbi silah və sursat daşınmasına görə cərimələr artırılır

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub

Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başlayır

Cəbrayıla daha 37 ailə yola salındı

Tramp: Maskın maraqlar toqquşması ola biləcəyi layihələrdə iştirakına icazə verilməyəcək

Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzalayıb

Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir

Lavrov: Rusiya və ABŞ səfirlərin tezliklə təyin edilməsi barədə razılığa gəlib

Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib

Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb

Eks-prezidentlər Paşinyana qarşı - baş nazirə qarşı gizli ittifaq qurulur - ŞƏRH

Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!

Prezident və xanımı Ağdamda açılışda

Bakıda ermənilərin məhkəməsi davam edir

Sürücü diqqətsizliyi hər an faciəyə yol aça bilər - DYP

Bütün xəbərlər