{category-title}

<!-- x-tinymce/html -->

Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!

“Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb. Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub”. 

Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Qanunun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi  dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.

Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək inzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.

Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.

“Əlavə olaraq qeyd etməliyik ki, Prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər”, - deyə, məlumatda vurğulanıb.

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi yaradıldı

ABŞ BMT-nin tərkibindən çıxır? - Qanun layihəsi artıq təqdim olundu

DİM bu gün abituriyentlər üçün canlı yayım edəcək

Hulusi Akar İlham Əliyevin qəbulunda

Kürdəmirdə maşın kanala aşdı - 2 nəfər boğulub ÖLDÜ

Azərbaycan nefti bahalaşmaqda davam edir

Qar ən çox bu rayona YAĞIB

Günün qoroskopu: Münasibətlərdə səbirli və anlayışlı olun

Avropa Liqasında bu komandalar növbəti mərhələyə yüksəldi

Tramp: ABŞ tariflər sayəsində gəlir vergisini tamamilə ləğv edə bilər

Hava ilə bağlı növbəti xəbərdarlıq - 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Ukrayna XİN-in müavini Azərbaycana gəldi - Ceyhun Bayramovla görüşdü

Azərbaycanda bu kanalın yayımı dayandırılır

Kollecdə oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Soyuq hava neçə gün davam edəcək? - AÇIQLAMA

Mətbuatın 150 illiyi yubiley medalı TƏSİS EDİLDİ

İlham Əliyev Fərman imzaladı

Ağdamda “İmarət” Muzey Kompleksi YARADILIR

Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur - Nazir

Yeni Vergi Məcəlləsi hazırlanır: "Sahibkarlar əmin olmalıdır ki..."

APA-nın 15-ci plenar sessiyasının Bakı Bəyannaməsinin layihəsi müzakirə edilir

Azərbaycan nefti bahalaşıb

Müharibə 1 il ərzində bitməlidir, əks halda... - Trampdan XƏBƏRDARLIQ

Prezident: Ballıca kəndinin bərpası artıq son mərhələdədir

Bütün xəbərlər