{category-title}

<!-- x-tinymce/html -->

Soyuq hava neçə gün davam edəcək? - AÇIQLAMA

Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2 dərəcəyədək enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir.

Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq: “Bu müddət ərzində havanın temperaturunun 0-3 dərəcə şaxta olacağı,  fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır”.

Nazirlik sözçüsü Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur”.

Son xəbərlər

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Şoltz: Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir

Hava ilə bağlı FHN-dən daha bir - Müraciət

Dövlət Mülki Aviasiya Agentliyi yaradıldı

ABŞ BMT-nin tərkibindən çıxır? - Qanun layihəsi artıq təqdim olundu

DİM bu gün abituriyentlər üçün canlı yayım edəcək

Hulusi Akar İlham Əliyevin qəbulunda

Kürdəmirdə maşın kanala aşdı - 2 nəfər boğulub ÖLDÜ

Azərbaycan nefti bahalaşmaqda davam edir

Qar ən çox bu rayona YAĞIB

Günün qoroskopu: Münasibətlərdə səbirli və anlayışlı olun

Avropa Liqasında bu komandalar növbəti mərhələyə yüksəldi

Tramp: ABŞ tariflər sayəsində gəlir vergisini tamamilə ləğv edə bilər

Hava ilə bağlı növbəti xəbərdarlıq - 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Ukrayna XİN-in müavini Azərbaycana gəldi - Ceyhun Bayramovla görüşdü

Azərbaycanda bu kanalın yayımı dayandırılır

Kollecdə oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Soyuq hava neçə gün davam edəcək? - AÇIQLAMA

Mətbuatın 150 illiyi yubiley medalı TƏSİS EDİLDİ

İlham Əliyev Fərman imzaladı

Ağdamda “İmarət” Muzey Kompleksi YARADILIR

Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur - Nazir

Yeni Vergi Məcəlləsi hazırlanır: "Sahibkarlar əmin olmalıdır ki..."

APA-nın 15-ci plenar sessiyasının Bakı Bəyannaməsinin layihəsi müzakirə edilir

Bütün xəbərlər