{category-title}

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində kəskin və yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli düşəcəyi, qar yağacağı, yağıntıların bir sıra yerlərdə intensiv olacağı, bəzi yolların buz bağlayacağı və ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır:

"Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir".

Müraciətdə qeyd olunur ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edilir:

"Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Son xəbərlər

Luvr muzeyindən oğurluq edən daha bir nəfər saxlanılıb

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşüb

Ağstafada avtomobil rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb

Paytaxtın bir sıra rayonlarında qaz olmayacaq

Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin edilib - SİYAHI

“QHT işi” üzrə daha bir məhkəmə başlayıb

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib

Azərbaycan Prezidenti: Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir

Sabah Qaraçuxur qəsəbəsində qaz olmayacaq

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub

Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib

Zelenski: Avropa İttifaqı Ukraynaya 2–3 il dəstək verməyi planlaşdırır

İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib

Sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxunub

Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

Gələn ildən elektrik və hibrid mühərrikli avtomobillərin qiyməti necə dəyişəcək? - ARAŞDIRMA

Azərbaycan İordaniyaya yeni səfir təyin edib

Emin Əmrullayev: Qızların yuxarı siniflərdə təhsil göstəricilərinin azalması qadağalarla üzləşmələri ilə bağlıdır

Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər