{category-title}

Gündəm / Dünya
9.11.2024, 16:03
Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib

Baham adalarının Baş naziri Filip Davis noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
