{category-title}

Kişilərə niyə kirayə ev verilmir?

Bakıda kirayə mənzil tapmaq çətinləşib. Tək yaşayan kişilər, tələbə oğlanlar üçün ev tapmaq ikiqat çətindir. Onlara verilən evlərin qiymətinin isə yüksək olduğunu bildirilir.

Səbəb nədir? Ev sahibləri niyə kişilərə ev vermək istəmirlər?

Əmlakçı Mülkədar Rüstəmov Teleqraf.com-a açıqlamasında səbəbləri izah edib.

O, bu prosesin son 3-4 ildə müşahidə edildiyini deyir:

"Adətən ev sahibləri tək yaşamaq istəyən bəy və xanımlara kirayə ev verməkdə maraqlı deyillər. Mövzunun kökü ev sahiblərinin şəxsi fikirlərinə gəlib çıxır. Əslində onlar haqlı deyillər. Ev sahibləri ailəyə, tələbə xanımlara üstünlük verirlər. Tək yaşayan xanım və bəylər ev sahibləri üçün riskli qrupa daxildirlər. Buna səbəb kimi müxtəlif şəxslərin evə gəlməsini göstərirlər. Həm də onlar davamlı qalmırlar, tez-tez ev dəyişdirirlər. Ona görə ev sahiblərinə maraqlı deyillər. Burada qonşu faktoru da var. Ona görə ev sahibləri çalışırlar ki, tələbə xanımlara və ailəli insanlara üstünlük versinlər. Bəzi fərdi ev sahibləri həyət evlərində ayrı-ayrı birotaqlı evlər tikirlər. Günəmuzd işləyən insanlar üçün şərait yaradırlar. Son bir-iki ildə Bakı şəhərində kütləvi söküntülər həyata keçirilir. Baş Plana uyğun 5 mərtəbəli, fransız layihəli binalar söküldüyünə görə şirkətlər plana düşən binaların sakinlərini kompensasiya olaraq, bir- iki illik kirayəyə köçürürlər. Onların kirayə pullarını da verirlər".

Mülkədar Rüstəmov qeyd edib ki, həmin ailələr evlə təmin olunduğu üçün Bakı şəhərində kirayə ev tapmaqda çətinlik yaranıb:

"Əvvəllər yay aylarında, dərs ilin başlamasına yaxın tələbələr ev axtarırdılar. İndi tətildən əvvəl kirayə axtarışına başlayırlar. Görünən reallıq isə odur ki, kirayə mənzil tələbatı çoxalıb".

Rieltor süni qiymət artımına da diqqət çəkib:

"Tələbat çox olduğu üçün bu hələ bir neçə ilə belə davam edəcək. Dövlətin balansında olan yataqxanalar var idi ki, onlar təmir olundu. Bir çoxlarında məcburi köçkünlər yaşayır. Hələ ki onların köç prosesi tam yekunlaşmadığından o yataqxanaların da gələcəyi sual altındadır. Demək olar ki, hər ay qiymət artımı olur. Əvvəllər şəhərə yaxın bir otaqlıların kirayə qiyməti 250-300 manatdan başlayırdısa, indi 400-500 manat arası dəyişir. Tələbat çoxdur. Ev sahiblərinin şəxsi maraqları da önə çəkilir. Çünki axtaran çoxdur, qiyməti süni şəkildə qaldırırlar. Süni qiymət artımı öz rolunu oynayır. Görünən odur ki, bu böhran hələ bir neçə il davam edəcək".

Teleqraf.com

Son xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

AAYDA vətəndaşlara müraciət edib

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Bütün xəbərlər