{category-title}

Karantin evə qovur, ev sahibi küçəyə - minlərlə ailə çətin durumda

 

Koronavirus infeksiyasının iqtisadiyyata vurduğu mənfi təsir kirayə mənzil bazarından da yan keçməyib. Koronavirusla mübarizə çərçivəsində məhdudlaşdırılan fəaliyyət sahələrində çalışanlar, günəmuzd işləyənlər kirayə haqqını ödəməkdə böyük çətinliklə üzləşiblər.

Məlumatlara görə, ən böyük sıxıntı müqaviləsiz kirayələrlə bağlıdır. Belə ki, ev sahibləri kirayə haqqını gecikdirən, ödəməkdə çətinlik çəkənlərə qarşı amansız davranır, onları ev haqqını ödəmədiklərinə görə evdən çıxardırlar. İkitərəfli şifahi razılaşma əsasında mənzil kirayə götürənlər ortada müqavilə olmadığından evi tərk etmək məcburiyyətidə qalırlar. Son günlərin ən çox müzakirə olunan mövzularından biri müqaviləsiz kirayədə qalanların aqibətidir. Bəs onlara hökumətdən hər hansı formada dəstək mümkündürmü?

Əmlak eksperti Ramin Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bakı və Abşeronda minlərlə ailə kirayədə yaşayır. Onlar qeyri-rəsmi icarə münasibətlərində fiziki şəxs kimi sahibkarlıq fəaliyyətilə məşğuldurlar. R.Osmanlının sözlərinə görə, bu şəxslərin əksəriyyəti hazırda Nazirlər Kabinetinin qərarına əsasən, fəaliyyət sahələri məhdudlaşdırılan işlərdə çalışırlar:

“İndi həmin təbəqənin “kirayə öhdəlikləri”ni icra etmək imkanları məhduddur. Bir qismi ilə aparılan söhbətlər əsasında gəlinən qənaət bundan ibarətdir ki, bəzilərinin kirayə götürdükləri mənzillərin mülkiyyətçiləri aylıq kirayə pulunun bir hissəsini, yaxud hamısını müəyyən dövr üçün güzəştə getməyə razı olsalar da, əksər mülkiyyətçilər mənzillərin boşaldılmasını tələb edirlər”.
Ekspert deyir ki, hökumət şəxsi mülkiyyətdə olan kirayə mənzil fonduna diqqət ayıra bilər: “Fikrimcə, uzun illər hökumətin yaratdığı imkanlardan istifadə edən mülkiyyətçilər illərlə onlara yaradılan şəraitin qarşılığında güzəştə getməlidirlər. Uzun illərdir mənzillərini kirayə verən, ancaq qeydiyyata salmadığı üçün vergi öhdəliklərini yerinə yetirməyən şəxslər, heç olmasa, indi insafa gəlməli və onillərlə vergidən yayınmalarının qarşılığında bir neçə ay kirayənişininə güzəşt etməklə, dövlətin hazırkı siyasətinə dəstək verməlidir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hökumətin belə ailələrə dəstək mexanizmi olmalıdır: "Əgər vətəndaş koronavirusa görə işini itiribsə, ona rəsmi işsiz olmadığından hər hansı dəstək yoxdursa, bunun üçün yerli icra hakimiyyətləri var. Yerli icra hakimiyyətlərinə belə vətəndaşlara dəstək üçün maliyyə ayrılır. Evi olmayan, kirayədə yaşayan sakinlərə rayon icra hakimiyyətləri dəstək olmalıdır".

O ki qaldı hökumətin belə ailələrə sosial dəstək paketinə, V.Əhmədov indidən heç bir fikir söyləməyin mümkün olmadığını söyləyir: "İndi vətəndaşlara dəstəklə bağlı müxtəlif rəqəmlər səslənir. Hələ ki bununla bağlı nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nə də Mərkəzi Bankın tədirlər planı yoxdur. Onlar bunu açıqlamalıdırlar ki, biz işsizlərə, günəmuzd işləyənlərə, krediti olanlara hansı güzəştlərin ediləcəyi və dəstəyin göstəriləcəyindən danışaq. Bunlar açıqlanmamış indidən bir fikir söyləmək olmaz. Bu gün xeyli sayda insan var ki, rəsmi işsiz kimi qeydiyyatda deyil. Belə vətəndaşlara dəstək üçün yerli icra hakimiyyətlərinə maliyyə ayrılır. Əgər bu gün kirayədə yaşayan şəxsə mənzil sahibi güzəşt etmirsə, evi olmadığı, kirayədə yaşadığı üçün dövlət həmin ailəyə dəstək olmalıdır".

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər