{category-title}

Yaxın gələcəkdə 2 ölkə Şimali Kipri tanıyacaq - Spiker

"Yaxın gələcəkdə ən az iki ölkə Şimali Kipr Türk Respublikasını tanıyacaq".

Bunu Şimali Kipr parlamentinin sədri Zorlu Töre deyib.

"Türk Dövlətləri Təşkilatının tərkibində təmsilçilik hüququ qazandıq. Biz bunun tanınmaya çevrilməsini və Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi qardaş ölkələr tərəfindən tanımasını gözləyirik", - o qeyd edib.

Xatırladaq ki, 1571-1878-ci illərdə Osmanlı torpağı olan Kipr adası 1878-ci illərdə Böyük Britaniyanın idarəçiliyi altına keçir. Ötən əsrin 20-30-cu illərində adanın yunan əhalisi arasında təşkilatlanma, silahlanma və Yunanıstana birləşmə (Enosis) uğrunda proseslər geniş vüsət alır. Tədricən hədəf ingilislərdən türklərə yönəlir. 1960-cı ildə razılaşma əsasında Böyük Britaniya, Yunanıstan və Türkiyənin zəmanətçi statusu ilə adada müstəqil Kipr Respublikası qurulur.

Konstitusiyada həm yunan, həm türk icmasının hüquqları təsbit olunsa da (məsələn, Kipr prezidenti yunan, vitse-prezident isə türk olmalı idi və s.), zamanla türk azlığa qarşı qətliamlar yenidən alovlanır. Türkiyənin müdaxilə hüququndan istifadə etdiyi 1974-cü ildə Kipr Sülh Hərəkatı həyata keçirilir və ada şimal və cənub olmaqla iki hissəyə bölünür. Şimalda türklər, cənubda isə yunanlar məskunlaşır. 1983-cü ildə Şimali Kipr Türk Respublikası qurulur. Lakin bu ölkənin müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınır. Şimali Kipr bir müddət həm də Banqladeş tərəfindən tanınsa da, təzyiqlərdən sonra bu ölkə mövqeyindən geri çəkilir.

Uzun illər adada vahid federativ və ya konfederativ dövlətin qurulması istiqamətində beynəlxalq səviyyəli danışıqlar davam etsə də, nəticəsizlik müşahidə olunub. Hazırda Kipr türkləri iki müstəqil dövlət modelini həll hesab edir və tanınmaya can atır. Cənubi Kipr isə Kipr Respublikası adı altında BMT-də təmsil olunur və bütün ada üzərində suverenliyə iddia edir.(Haber7)

Son xəbərlər

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

Bütün xəbərlər