{category-title}

Xarici siyasətimizin əsas istiqamətləri: Qarşılıqlı etimad və əməkdaşlıq

 

“Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Dövlət başçısı İlham Əliyevin 20 ildən artıq Prezidentliyi dövrü çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi yazıldı, əsrlərlə ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında möhtəşəm qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri oldu. Cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirərək və yaradılan möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasına, müasir cəmiyyət quruculuğuna, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasına, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsinə və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətinə, ərazi bütövlüyünün və suverenliyinin bərpasını hədəfləndi. Bugünümüzün reallıqları fonunda əminliklə qeyd edirik ki, Azərbaycan bu hədəflərə yüksək səviyyədə nail olub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başlayıb. Bugünkü reallıqlar, eyni zamanda, bizləri 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıya qoyduğu vəzifələri yada salır. Cənab İlham Əliyev həmin andiçmə mərasimində 2003-2018-ci illərdə qazanılan uğurlar əsasında bu hədəfi açıqladı ki, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var. Hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Əliabbas Salahzadə qeyd edib ki, hər bir hədəf reallığa çevrildi: “2018-2024-cü illərin uğurlarından bəhs edərkən tarixi Zəfərimizi və ötən il Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsini xüsusi qeyd etməliyik. Tarixi Zəfərimiz bir daha təsdiqlədi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Dövlətimizin başçsı güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Cənab İlham Əliyevin güclü xalq, güclü dövlət, güclü Lider modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyidir.”
Millət vəkili qeyd edib ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlar yaradıb: “Bu məqamı da bildirək ki, tarixi Zəfərimizdən bugünədək Azərbaycana olan təzyiqlər diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündə bu reallıqlara diqqəti yönəldərək bildirdi ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib. O vaxtdan bu günədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul etdi. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdi. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir. Aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə də xüsusilə diqqət yönəldildi. Bu reallıq diqqətə çatdırıldı ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Lakin həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin təşəbbüsü ilə cənab İlham Əliyevə telefon zənglərində bu görüşün Azərbaycan əleyhinə olmadığı bildirildi. Prezident İlham Əliyev qeyd etdi ki, biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.”
Əliabbas Salahzadə onu da bildirib ki, dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas komponentləridir: “Ötən dövrdə dostlarımızın sayı çoxalıb, Azərbaycanla müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olunub. Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edib və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasına əvəzsiz xidmətlər göstərib. Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Azərbaycan regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə tövhə verib. Tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi də bunun bariz nümunəsidir. Ermənistanın havadarlarının tapşırıqlarına uyğun olaraq addımlar atması sülh müqaviləsinin imzalanması prosesini uzadır. Amma reallıq budur ki, sülh müqaviləsinin imalanmasına çox yaxın məsafədəyik. Aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilən , mahiyyəti özlərinə “gizli”, hər kəsə çox yaxşı bəlli olan görüş sülhə, təhlükəsizliyə böyük maneədir. Qərbin Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməsi diqqətdən kənarda qala bilməz. İqtisadi dəstək adı altında belə görüşlərin keçirilməsinin hansı problemlərə yol açacağı bəllidir. Bu, bəzi dünya güclərinin açıq-aşkar regionda vəziyyətin gərginləşdirilməsində maraqlı olduqlarını göstərir. İqtisadi yardım üçün belə görüşlərin keçirilməsinə ehtiyacın olmadığı aydındır. Bu kimi addımlar dünya güclərinə inamı, etimadı heçə endirir. Hazırda əsas çağırış sülh müqaviləsinin imzalanmasıdır. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olan güclər Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməklə iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardımçı ola bilərlər.”

 

Son xəbərlər

Həcc ziyarəti bu tarixdə BAŞLAYIR

Prezident ABŞ nümayəndə heyətini qəbul edib

Vəzifəli şəxslərin siyahısı genişləndirildi

Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib

Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH

Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI

Mayın ilk gününün havası açıqlanıb

Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək

“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA

Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU

Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ

Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı

ADNA terrorundan 15 il ötür

Ən yaxşı öpüşən 5 bürc: Onlarla ehtiraslı sevgi yaşaya bilərsiniz

Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı - FOTO

Həmzə Yusif istefa verdi

NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

Ukrayna Prezidenti: Rusiya ordusu yeni hücuma hazırlaşır

ABŞ səfiri Qırmızı Qəsəbədə olub

Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət edilib

Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ

Qazaxda mina partladı - Yaralı var

Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir

Konsulun vəzifələri artırıldı

Bütün xəbərlər