{category-title}

Zəfər seçkiləri: Xalqın son 20 ilin uğurlarına yüksək dəyərinin ifadəsi
“7 fevral prezident seçkiləri müasir tariximizə qürurverici məqamlarla yazıldı. Öncə qeyd edək ki, bu seçkilər bütün ölkə ərazisini əhatə etdiyi üçün xalqımızda bayram əhval-ruhiyyəsi yaratdı. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri hər bir azərbaycanlını qürurlandırdı. Bir daha sübut olundu ki, bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Bura qayıtmışıq və burada əbədi olacağıq. Soydaşlarımızın öz dogma yurd-yuvalarında səsvermə prosesinə qatıldıqları üçün sevinclərinin həddi-hüdudu yox idi. Zəfər seçkilərinin digər qürurverici anı qalib xalqın qalib Liderinin inamlı qələbəsi oldu. Cənab İlham Əliyev seçicilərin 92 faizindən çoxunun səsini qazanaraq Prezident seçildi. Ölkə və dünya mətbuatında dövlət başçısının qələbəsini şərtləndirən amillər geniş təhlil olunur və bir daha qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın uğurlu gələcəyinin əsasıdır. Bundan sonra da ölkəmizi, xalqımızı cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlar gözləyir.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili vurğulayıb ki, xalqımız seçkilərdə yüksək fəallığı ilə qazanılan uğurlara böyük dəyər verdiyini, onların böyük səylərin, qətiyyətin nəticə olduğunu təsdiqlədi: “20 illik yolda Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların miqyasına diqqət yetirmək kifayətdir. Prezidentliyin ilk günündən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın tərəfdaşlarının və dostlarının sayını artırdı. Ölkəmizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsi həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynadı. Azərbaycanın informasiya cəbhəsində üstünlüyü 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən mühüm amillər sırasında oldu. Bu gün də Azərbaycan tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətini uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevə inamlı qələbəsi münasibətilə ünvanlanan təbrik məktublarında da ölkəmizin əməkdaşlığın çoğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri təqdir edilir.”
Əliabbas Salahzadə onu da bildirib ki, Prezident İlham Əliyevin misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır:“Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı ölkədə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyir. “Siyasi partiyalar haqqında”, “Media haqqında” yeni qanunların qəbulu, ölkəmizdə seçkilərin, ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün Seçki Məcəlləsinin zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və sair kimi biri-birindən mühüm addımlar bir daha təsdiqləyir ki, demokratikləşmə Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması uğularımızın davamlılığında öz sözünü deyir. 7 fevral prezident seçkiləri Azərbaycanın demokratik inkişafının təqdimatı oldu. Seçkilərin demokratikliyini, şəffaflığını və beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün bütün zəruri addımlar atıldı. Beynəlxalq müşahidəçilərin rəyləri bunu bir daha təsdiqləyir.”
Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyevin son 20 ildə hər bir vədi reallıqda öz aydın ifadəsini tapıb: “Xalq hər zaman özünə diqqətin şahidinə çevrilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini, yoxsulluq deyilən sosial bəlanın aradan götürülməsini prioritet məsələ kimi önə çəkdi. Onun sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə keçmiş qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövrdə göstərilən diqqət və qayğıdır. Cənab İlham Əliyev onlarla görüşlərində daim böyük əminliklə bildirirdi ki, yaradılan şərait müvəqqəti xarakter daşıyır, tezliklə soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, bu torpaqlada yeni həyat başlayacaq. Qürurvericidir ki, soydaşlarımız 7 fevral prezident seçkilərinə öz dogma yurd-yuvalarında qatıldılar. İşğaldan azad edilmiş ərazilərimizdə seçici fəallığı 93 faizdən çox olub. Bu rəqəm tarixi Zəfərimizin müəllifi cənab İlham Əliyevə böyük etimadın göstəricisidir.”
Əliabbas Salahzadə bildirib ki, Zəfər seçkiləri kimi tariximizə yazılan 7 fevral prezident seçkiləri işıqlı gələcəyimizin təminatı oldu:“Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin qələbəsi, eyni zamanda, Ümummilli Liderin yaradıcısı olduğu partiyanın cəmiyyətdə nüfuzunun nümayişi oldu. Ulu Öndərin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyasına etimadını cənab İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında belə xarakterizə etmişdir: “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.”

Son xəbərlər

“Orada maaşlar bir neçə dəfə yüksək olacaq”

Qızılca ilə bağlı məktəblər bağlana bilər?

Danimarka Ukraynanın bərpasına 1,46 milyon dollar ayırır

İlham Əliyev bu şəhərə 8.1 milyon manat pul AYIRDI

Azərbaycanda bu qanun ləğv edilir

Hərbi xidmətdən yayınmağa kömək edən 136 nəfər CƏZALANDIRLDI

Bakının bu ərazisində də binalar söküləcək

Zurabişvili eyham vurdu: Mişanı əfv edəcək - Təcili

Prokuror Nicata 6 il həbs istədi

Bakının 3 rayonunda qaz olmayacaq

Bakı imtina etməyib, İrəvana görə dalana dirənib - Zaxarova

Prezident sərhəddəki təxribatlardan danışdı: "Azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq"

Arvadını döyən həkimlə bağlı yeni fakt...

Eldar Quliyev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Bu peşələr sıradan çıxır, iş tapa BİLMƏYƏCƏKSİNİZ - Abituriyentlərin DİQQƏTİNƏ!

Navalnının portreti olan vərəqələri yapışdıran şəxs SAXLANILIB - Həyat yoldaşı da

Nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilsin! - TƏKLİF

Ömür yollarında silinməz izlər buraxan vətən övladı

Müəllim dəm qazından boğulub öldü

Yasamaldakı "ASAN xidmət" mərkəzi BAĞLANIR

Zaqatala polisindən əməliyyat: saxlanılan var

Avdeyevka dəhşəti: 10 illik əfqan savaşından çox...

Şahlıq kəndinin sakinlərindən ŞOK QƏRAR: Kəndimizin adı QULLAR OLSUN... - "Kəndin adı Şahlıq olsa da, qul kimi yaşayırıq"

Novruz bayramında neçə gün iş olmayacaq?

Bütün xəbərlər