{category-title}

Kərim Tahirov:Xalqın bir seçimi var

Kərim Tahirov

Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi,

Professor, kitabxanaşünas alim 

 

Dekabr ayının 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədi irəli sürülüb. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir.

Prezident İlham Əliyev uğurlu siyasi kursunun nəticəsi olan iqtisadi yüksəliş uzun illər formalaşdırmış ictimai-siyasi, sosial-iqtisadi və ölkənin hərbi qüdrətinin artırılmasına yönəldilib. Məhz Prezident İlham Əliyevin diplomatik məharəti və strateji addımları, şanlı Azərbaycan ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 gün davam edən Vətən müharibəsi böyük qələbə ilə nəticələndi. Artıq ərazi bütövlüyümüz tam bərpa edilib. Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın və ordusunun ətrafında dəmir yumruq kimi sıx birləşərək gələcək taleyində dönüş nöqtəsi yaratdı. 2020-ci il noyabrın ayının  onunda Prezident İlham Əliyev tarixi bəyanatın imzalanmasına nail olmaqla Azərbaycanın siyasi və iqtisadi suverenliyini təmin etdi. İşğaldan azad edilmiş ərazilərdə, bütövlükdə isə xalqımızın taleyində yeni bir şanlı səhifə açıldı.

Dövlət başçısının qətiyyətli və praqmatik siyasət kursu Azərbaycanın post müharibə mərhələsindəki gündəliyini yeni reallıqlara və çağırışlara uyğunlaşdırdı. Bu gün işğaldan azad edilmiş Qarabağ sürətlə bərpa olunur. Bu yerlərə yenidən həyat qayıdır, minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Bu ərazilər yaşıl enerji zonası elan edilib. Zəngilanda həyata keçirilən ağıllı kənd, ağıllı şəhər layihələri, azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər çox yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyinə böyük inam yaradır.

Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də ölkəmizin müəllifi olduğu yeni reallıqların dünya  miqayasında qəbul edilməsi idi. Artıq biz buna nail olmuşuq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik addımlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Dünyanın bir çox dövlətlərində baş verən neqativ hadisələr-müharibə və münaqişələr fonunda Azərbaycan Prezidentinin yürütdüyü müstəqil konstruktiv siyasətin bəhrəsini hər bir siyasi qərarda görürük. Bu gün beynəlxalq ictimaiyyət Qarabağı azərbaycanın suveren ərazisi kimi tanıyır və əzəli torpaqlarımızda həyata keçirilən bərpa quruculuq işlərinə böyük maraq göstərir.
Bəli, dövlət başçısının daxili və xarici siyasətdə irəli sürdüyü bütün strateji gedişlər, böyük zəhmətin nəticəsi olan uğurlar, Azərbaycan vətəndaşının maraqlarının təmin olunmasına, onun rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

Təsadüfi deyil ki, sonuncu prezident seçkilərindən ötən  illlər ərzində   Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi sosial sahədə də nəticə yönümlü addımlar atılıb. Sosial inqilab xarakterli qərarlar  demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edib. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əmək haqqı pensiyalar artırılıb. Uğurla həyata keçirilən sosial islahatlar paketi milyonlarla vətəndaşının rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradıb. Bütün bunlar isə bir  daha “Mən bütün Azərbaycan xalqının, hər bir  Azərbaycan vətəndaşının  Prezidentiyəm” - deyən İlham Əliyevin sözünün imzası qədər dəyərli olduğunu sübuta yetirir.

Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının qarşıdan gələn növbədənkənar prezident seçkilərində bir seçimi var və o da İlham Heydər oğlu Əliyevdir.

 

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər