Kərim Tahirov

Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim 

 

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.

Azərbaycan nüfuzlu ölkə kimi bir çox Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdədir. Belə tədbirlərdən biridə 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşüdür.

Zirvə görüşündə Prezident İlham Əliyevin söylədiyi fikirlər mühüm geosiyasi əhəmiyyət kəsb edirdi və Dövlət başçısı bildirdi ki, “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.”

Ölkəmiz beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Son xəbərlər

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Bütün xəbərlər