{category-title}

Nizam Həbiboğlu

Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı 

 İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə öz mövqeyini diktəetməyi bacaran ölkəyə çevirib

 Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan qarşılıqlı əlaqələrdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır.

Ölkəmizin son iyirmi illik tarixinə nəzər saldıqda görərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxaq aləmdə nüfuzunun yüksəlməsini şərtləndirib.

İlham Əliyevin son 18 ildə uğurlu siyasi-diplomatik fəaliyyəti, tam müstəqil siyasəti Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı söz sahibinə malik olan ölkələri və onların nüfuzlu tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər.

Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Dövlətimizin xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan edib.

Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılıqlı münasibətlərin olduğu halda mümkündür.

Qonşu ölkələrlə münasibətlərə gəlincə isə, demək olar ki, Ermənistandan başqa Azərbaycanın Rusiya, İran və Gürcüstanla münasibətləri hər zaman yüksək səviyyədə olub. Bu ölkələrlə imzalanan strateji tərəfdaşlıq sazişləri müxtəlif istiqamətlər üzrə əlaqələri daha da genişləndirib.

Azərbaycan qonşu ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya və Gürcüstanla ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir.

Bu bir həqiqətdir ki, İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ildə  respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən İlham Əliyevin yürütdüyü müstəqil siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirib. Yəni İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirmiş oldu. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

Əlbəttə ki, əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Qonşu ölkələrlə uğurlu tərəfdaşlıq ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Vətən müharibəsindən sonra isə regionda yeni əməkdaşlıq platformasının yaradılması təklifinin də reallaşmaq üzrə olması onu deməyə əsas verir ki, tezliklə yaranacaq “3+3” formatı Cənubi Qafqazda sabitliyin əsas təminatçısı olacaq.

Real vəziyyətin təhlili göstərir ki, “3+3” formatına maraq artır, xüsusən də Rusiya və İran bu çərçivədə əməkdaşlıq münasibətlərinin qurulmasının sürətlənməsini istəyir. Rusiya tərəfindən böyük dəstək alan formatı Tehran da birmənalı olaraq qəbul edir.

Ümumiyyətlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Prezident İlham Əliyevin təşəbbüsü olan “3+3” platformasının əsas məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyanın nəqliyyat mərkəzinə çevirməkdən ibarətdir. Hazırda Cənubi Qafqazın ən çox ehtiyac duyduğu məsələ təhlükəsizliyin təminatından və iqtisadi əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu formatın reallaşdırılması regionun təhlükəsizliyi baxımından da vacib əhəmiyyət daşıyır. Məlumdur ki, regionda uzun müddət davam edən münaqişə iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulmasına imkan verməyib.

Amma Azərbaycanın Qarabağ zəfəri vəziyyəti dəyişib. Bu qələbədən sonra, xüsusən Ermənistan üzərindən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, bunun üçün zəruri infrastruktun yaradılması, Azərbaycan ərazisindən keçəcək “Şimal-Cənub” layihəsinin reallaşdırılması kimi addımlar Qafqaz regionunun qlobal nəqliyyat və logistika sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. Bu da son nəticədə regionda hər üç ölkəyə ciddi dividendlər qazandıracaq. Türkiyə, Rusiya, İran kimi ölkələr də bundan əhəmiyyətli dərəcədə faydalanmaq imkanı qazanacaqlar. Bu isə onu göstərir ki, “3+3” formatı kommunikasiyaların bərpa edilməsi və vahid Cənubi Qafqaz iqtisadi məkanının yaradılması üçün real variantdır. Ən əsası “3+3” formatlı regional əməkdaşlıq platformasının işə salınması Cənubi Qafqazın iqtisadi inkişafına güclü təkan verəcək.

Göründüyü kimi, bütün bunlar İlham Əliyevin yürütdüyü siyasətin real təzahürüdür. Azərbaycan Prezidenti hər zaman bölgədə sülhün bərqərar olması üçün hər cür təklifə açıq olduğunu bildirir və bu istiqamətdə önəmli qərarlar qəbul edir.

Son xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Bütün xəbərlər