{category-title}

“Müasir müstəqil, qalib Azərbaycan həyatının seçki mərhələsini yaşayır. Belə ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu gün xalqımız bu sevinci, qüruru da yaşayır ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 15 dekabrda keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü. Xalqın istəyini özündə ehtiva edən bu qərar son 20 ilin uğurlarının ümumiləşdirilmiş təqdimatıdır. Növbədənkənar prezident seçkilərinin keçirilməsi bu reallığın təsdiqidir ki, qarşıya qoyulan hədəflər artıq reallığa çevrilib, yeni hədəfələrin müəyyənləşdirilməsinə ehtiyac var. 2018-ci ildə keçirilən prezident seçkilərində Azərbaycanın ötən dövrdə qazandığı uğurların əsasında qarşıdakı dövr üçün açıqlanan hədəflərə nəzər salaq. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı, Şuşada, Xankəndidə, bütün işğaldanazad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması ən böyük arzumuz idi. Hədəflərdə bu arzunun reallığa çevrilməsi üçün zəruri olan addımların atılması öz əksini tapmışdı. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində 2018-ci il prezident seçkilərindən çox keçmədi ki, Azərbaycan tarixi Zəfərinə qovuşdu. Bu qələbə keçilən yolun, qazanılan uğurların ümumiləşdirilmiş ifadəsidir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. Cəmiyyətin mədəni-mənəvi bütövlüyünə nail olundu.”

   Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın sözünün imzası qədər dəyərli olması, beynəlxalq münasibətlər sistemində rolunun artması, ən əsası Qarabağ münaqişəsinin həllində mühüm amil olan möhkəm hüquqi bazanın yaradılması cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrününün əsas təqdimatlarındandır: “Dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların, dostların qazanılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, tarixi ədalətin bərpa  olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas  tərkib hissəsidir.  Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.  120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasına əvəzsiz xidmətlər göstərib. Azərbaycan Avropa İttifaqının 9 üzvü  ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Ölkəmiz  regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə töhfələr  verir.”

      Əliabbas Salahzadə vurğulayıb ki, Azərbaycana beynəlxalq baxışın yüksək olması daxili siyasətimizin uğurlarının nəticəsidir: “Prezident İlham Əliyevin son 20 ildə bugünümüz və gələcəyimizlə bağlı çağırışlarına diqqət yetirmək kifayətdir. “Güclü dövlət, yüksək rifah” həyata keçirilən siyasətin əsasını təşkil edir. Azərbaycan bu illər ərzində sabitlik məkanı kimi nüfuzunu artırdı, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb. Prezident İlham Əliyev neftdən gələn gəlirləri vətəndaşın sosial-iqtisadi, mədəni-mənəvi və fərdi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemi yaradıb. Qazanılan kapital Azərbaycan vətəndaşının rifahına və ölkənin inkişafına xərclənir. Prezident İlham Əliyevin  bildirdiyi kimi,  görülən bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradılsın.  Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ölkımizdə iqtisadi və siyasi müstəqilliyin yaradılması Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas faktordur.”

    Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoydu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra, bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə- 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində hərbi parad keçirildi.

Əliabbas Salahzadə bu uğurlarımızın  fonunda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar  prezident seçkilərinin özəlliyinivurğulayıb: “Bu seçkilər Zəfər  seçkiləridir. İşğaldanazad edilmiş ərazilərimizdə seçki məntəqələri yaradılır. Müstəqillik tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Xalqımıza bu sevinci, qüruru yaşadan, Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim edərək yeni reallıqların müəllifi kimi çıxış edən cənab İlham Əliyevə xalqın sevgisi böyükdür, sonsuzdur. Xalq-Prezident birliyi, həmrəyliyi 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində bir daha  öz sözünü deyəcək.”

 

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər