{category-title}

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC yaradılır
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Müəyyən edilsin ki, Cəmiyyət silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirir.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilib.
Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Cəmiyyətin yenidən təşkili və ləğvi;
Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının yaradılması;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Müşahidə Şurasının rəhbərinin və üzvlərinin, habelə icra orqanının rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Cəmiyyətin işçilərinin say həddinin və strukturunun müəyyən edilməsi;
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə:
Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
Cəmiyyətin törəmə və asılı cəmiyyətlərinin yaradılmasına razılıq verilməsi;
Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; Cəmiyyətin əməkhaqqı sistemini müəyyən etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək; Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək; bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etməkdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Cəmiyyətin yaradılması ilə əlaqədar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Cəmiyyətin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, Cəmiyyətin işçilərinin say həddini və strukturunu müəyyən etməli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, onun strukturuna daxil olan qurumların və tabeliyində olan hüquqi şəxslərin balansında olan və Cəmiyyətin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı beş ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
8. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 740; 2008, № 1, maddə 6; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 iyul tarixli 2234 nömrəli və 19 avqust tarixli 2308 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
8.1. 10-cu hissəyə “nazirliyin” sözündən əvvəl “, habelə strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)” sözləri əlavə edilsin;
8.2. 14.4-cü bəndə “tabeliyində” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
8.3. 14.5-ci bəndə “nazirliyin” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
8.4. 14.6-cı bənddə “Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən siyahıya əsasən müəyyən edilmiş müəssisələr” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar” sözləri ilə əvəz edilsin.

Son xəbərlər

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Biləcəridə işıq olmayacaq

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

Şəki-Oğuz sərhədində zəlzələ olub

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

Etibar Məmmədovun villası qarət olundu

Bütün xəbərlər