{category-title}

Özbəkistanlı ekspert Bakı-Daşkənd əməkdaşlığının ən perspektivli sahələrini açıqlayıb
“Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri sabit təchizat zəncirinin və möhkəm nəqliyyat infrastrukturunun inkişafı, daha dəqiq desək, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının daha da genişləndirilməsi ilə nəqliyyat və logistikadır. Bu sahənin iki ölkə arasında iqtisadi-ticari əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməsi gözlənilir”.
Bunu “Report”a açıqlamasında özbəkistanlı ekspert Oleq Qolişnikov deyib.
Onun sözlərinə görə, Özbəkistanın xarici siyasəti ideoloji və ya doqmatik xüsusiyyətlərdən azaddır.
O.Qolişnikov bildirib ki, son bir neçə ildir Özbəkistan fəal xarici siyasət yürüdür və iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi bu siyasətin əvəzsiz tərkib hissəsidir.
Ekspertin fikrincə, Özbəkistanın xarici siyasəti praqmatik maraqlara əsaslanır:
“Buna görə də rəsmi Daşkənd beynəlxalq arenada və xüsusən də Mərkəzi Asiyada əsas diqqəti iqtisadi faydaya yönəldərək praqmatik əməkdaşlığı gücləndirir. Eyni hal Özbəkistanın bir çox ölkə və beynəlxalq təşkilatla, o cümlədən Özbəkistan və Azərbaycanın digər türk dövlətləri ilə birlikdə tamhüquqlu üzv olduğu Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığına da aiddir. Fikrimcə, konseptual baxımdan Daşkənd bu gün təkcə Özbəkistanın öz rolunu yox, həm də “Şərq-Qərb” və “Şimal-Cənub” kimi dəhlizlər də daxil olmaqla beynəlxalq daşımalar üçün tranzit mərkəzi kimi bütün Mərkəzi Asiyanın rolunu artırmağa çalışan “nəqliyyat plüralizmi”ni təbliğ edir. Bu fonda Daşkənd üçün müxtəlif istiqamətlərdə nəqliyyat və logistika zəncirlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Belə ki, Özbəkistan şimal (ənənəvi) istiqamətin inkişafı ilə yanaşı, şərqdə (Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu layihəsi), cənubda (Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihəsi), qərb və cənub-qərb istiqamətlərində (Özbəkistan-Türkmənistan-İran dəhlizi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu) əsas layihələrin təşviqinə xüsusi diqqət yetirir”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərinə də münasibət bildirən ekspert vurğulayıb ki, budəfəki səfər məhz iki ölkə, eləcə də Özbəkistan və Azərbaycan xalqları arasında artan çoxşaxəli əlaqələrə və dostluğa diqqət çəkir:
“Hər iki ölkə ticarət və iqtisadiyyat, nəqliyyat və logistika, siyasi əlaqələr və təhlükəsizlik, mədəniyyət və insanlar arasında əlaqə kimi müxtəlif sahələrdə əməkdaşlıq edir. Şübhə etmirəm ki, bu əməkdaşlıq uzunmüddətli perspektivdə inkişaf edəcək, çünki həm Daşkənd, həm də Bakı aydın başa düşürlər ki, Özbəkistan və Azərbaycan üçün fayda verəcək qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün hələ də böyük potensial var”.

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər