{category-title}

 

İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO/VİDEO

 

Prezident İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakının əməkdaşlığımızın inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Prezident İlham Əliyev bu səfər çərçivəsində Özbəkistan dövlətinin başçısı ilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələrdə də əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb.

Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən Prezident İlham Əliyev epidemioloji vəziyyət imkan verən kimi qardaş Özbəkistana səfər edəcəyini bildirib.

Prezident İlham Əliyev bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.

Ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Səfir Bahrom Aşrafxanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş sammitində Özbəkistan Prezidentinin iştirakının və bu çərçivədə dövlət başçıları səviyyəsində görüşlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm təkan verdiyini qeyd edib.

Səfir, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğur qazandığını və digər ölkələr üçün örnək olduğunu vurğulayaraq, Özbəkistanın Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələndiyini, “ASAN xidmət” nümunəsində ölkəsində Dövlət Xidmətləri üzrə Agentliyin yaradıldığını bildirib.

Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu qeyd edən səfir Özbəkistanın Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və Azərbaycanın bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdaş olduğunu deyib. Eyni zamanda, səfir kənd təsərrüfatı, xüsusilə də fındıqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsinin Özbəkistan üçün maraqlı olduğunu bildirib.

Səfir koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə etdi. Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcəyinə əminliyini bildirib.

Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Bahrom Aşrafxanov Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi birmənalı dəstəyinə görə Özbəkistana təşəkkürünü bildirib.

Dövlətimizin başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Özbəkistanın Prezidentinə çatdırmağı xahiş edib.

11:38

Prezident İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
<embed src='https://player.baku.tv/embed/23416' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>

İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO/VİDEO
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO/VİDEO
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO/VİDEO

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər