{category-title}

“Uşaqlarımı mənə qarşı “silah” kimi istifadə edir” - QALMAQALLI AÇIQLAMA

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu keçmiş həyat yoldaşından danışıb.

Sənətçi bu haqda “Zaurla Günaydın” verilişində danışıb. O bildirib ki, ilk evliliyindən olan övladları ilə görüşmür:

“Onlar ailəlikcə Bakıdan Türkiyəyə köçüblər. Böyük qızım orada təhsil alır. Bu ildən kiçik qızım da orada birinci sinfə gedəcək. Sosial şəbəkə hesabımda paylaşdığım qızlarımın fotoları köhnədir. Böyük qızımın 14 yaşı olacaq. Onlarla heç virtual olaraq sosial şəbəkələrdə belə, ünsiyyətim yoxdur. Onlar üçün çox darıxıram.

Buradan bütün ailələrə və xüsusilə boşanan ailələrə müraciət edirəm ki, uşaqdan “silah” kimi istifadə etməyin. Çünki qohum-əqrəbamda elə bir insan yoxdur ki, övladına mənim qədər nələrsə etsin. Uşaqlarıma nə etmişəmsə min dəfə halal xoşları olsun. Bundan sonra etməyə belə hazıram.
Çox istəyirdim ki, ayrılsaq da, bizim normal ünsiyyətimiz olsun. Ayrılandan sonra münasibətlər yaxşı ola bilməzdi, çünki yaxşı deyildi. Amma elə məsələlər var ki, heç yaxşı olmasını özüm istəmirdim. Sosial şəbəkələrdə bu kimi hadisələri izləyicilər çox qınayırlar. Hərəsi bir şey yazır. Bir dəfə yazdım ki, bəlkə, siz doğruları bilsəniz, mənə heykəl qoyarsınız. Gördüm ki, o qınaqlar səngidi. Elə şeylər var ki, onları danışmaq olmaz. Olmazlar var... Çünki biz ən azından kişiyik”.

Qeyd edək ki, H.Məhəmmədoğlu birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. Cütlüyün iki qız övladı var. Musiqiçi daha sonra ikinci dəfə aktrisa və müğənni Aysel İbrahimova ilə ailə qurub. Onların bu nikahdan ötən il Muhammed adlı oğlan övladı dünyaya gəlib.

Son xəbərlər

Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

Azad Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq

Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL

Sabah 30 dərəcə isti olacaq

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bütün xəbərlər