{category-title}

Elinanın anası: "Görüntülərdəki mənim qızım deyil"

 

 

İntihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın görüntüləri olduğu iddia edilən xoşagəlməz videogörüntü və fotolar yerli mətbuatda öz əksini tapmaqdadır. 
Bununla bağlı mərhum yeniyetmənin anası Sevil Hacıyeva News24.az-a eksklüziv müsahibə verib.
- Sevil xanım, sosial şəbəkə və yerli mətbuatda qızınızın olduğu deyilən videogörüntülər və fotolar haqda nə deyə bilərsiz?
- Videolarda və fotolarda olan qız mənim Elinam deyil. Mənim qızım çox tərbiyəli olub. O, heç vaxt siqaret çəkməyib, hətta yaxınına da buraxmayıb. Qızım çölə çıxmaq, rəfiqələri ilə harasa getmək istəyəndə məndən, nənəsindən, hətta atasından da həmişə icazə alıb.
- Bəs görüntülərdə Elina olduğu iddia edilən qız əslində kimdir?
- O qızlar Ramilə və Dianadır. Qızım olduğu deyilən məhz Ramilədir, yəni siqaret çəkən qız. Diana isə mənim qohumumdur. Şəkillərə diqqətlə baxıb, qızımın görüntüləri ilə tutuşdursalar, görəcəklər ki, fərqli-fərqli qızlardır. O görüntülərin qızımla heç bir əlaqəsi yoxdur!
-Sizcə bu görüntülər niyə yayılıb?
-Başa düşmürəm ki, bunu niyə ediblər. Məqsədləri nədir? Mənim qızım haqq dünyasındadır. Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır? Bu, onu edənlər üçün böyük rəzalətdir! Ayıb olsun! Allaha həvalə etmişəm!
- Sağlığında qızınızın xəbəri vardımı o görüntülərdən?
- Bəli, Elina mənə demişdi ki, Diana yaxşı olmayan hərəkətlər edir. Hətta Elina özü dəfələrlə o cür hərəkətlərinə görə Dianaya irad tutmuşdu. 
- Sözügedən görüntülərin kimin yaydığı haqda hər hansı fikriniz varmı? Sizcə kim ya da kimlər tərəfindən yayılıb?
- Düşünürəm ki, bunu ancaq məktəbin direktoru edə bilər. Onun məqsədi odur ki, qızımı ləkələyib, özünü təmizə çıxartsın. O, yaxşı bilirdi ki, mənim qızım sakit, ağıllı, mədəni uşaq idi. Düzgün həyat tərzi sürürdü. Buna baxmayaraq, direktor özünü haqlamaq üçün bu cür iyrənc əməllərə əl atır.
- Qızınızın yıxıldıqdan sonra çəkilən görüntüləri haqda nə deyə bilərsiz?
- Təsəvvür edin, qızım özünü atıb, məktəbdə hər kəsin bundan xəbəri olub. Lakin bizə 2 saatdan sonra məlumat veriblər. Hətta təcili yardıma da gec zəng ediblər. Rəsmən qızımın həyatı ilə oynayıblar! Bu, vicdansızlıqdır! Cənab Prezidentimizə və Birinci Xanımımıza dərin təşəkkür edirəm ki, bu məsələni diqqətə götürüblər! Mən ümid edirəm ki, onların sayəsində tezliklə haqq-ədalət öz yerini tapacaq! Qızımın ölümündə günahı olan hər kəs lazımi cəzalarını alacaqlar! Mən balamı itirdim! Digər valideyinlərin övladlarını bu şəkildə itirməmələri naminə Prezidentimiz və Vitse-Prezidentimizin verdikləri qərar öz müsbət nəticəsini göstərər inşallah!

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər