{category-title}

“Yeniyetmələrin pablara axını başlayıb” - Buna kim nəzarət etməlidir?


Ölkəmizdə pabların sayı getdikcə artmaqdadır. Xüsusilə paytaxtın mərkəzində, demək olar ki, hər küçədə bir pab fəaliyyət göstərir. Eyni zamanda, bu obyektlərin sosial şəbəkələrdə də reklamı aparılır.

Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, pablara üz tutanlar içərisində yeniyetmələrə də rast gəlinir. Qanunvericiliyə əsasən, 18 yaşına çatmamış şəxslərə spirtli içkilərin satışı qadağandır.

Digər tərəfdən, bu cür obyektlərdə vaxt keçirmək yeniyetmələrin formalaşmasına da mənfi mənada ciddi təsir göstərir.

Bəs bu cür xoşagəlməz halların qarşısını almaq üçün nə etməli?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, belə məkanlar zərərli vərdişlərin təbliğinə və xoşagəlməz hadisələrin  baş verməsinə imkan yaradır:

“Pablar, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün yeni bir hadisədir. Əvvəl çay evləri, çayxanalar vardı. Amma pablar daha çox Avropadan Azərbaycan cəmiyyətinə daxil olub. Pabların fəaliyyətinə bir çox ölkələrdə vaxt limiti qoyulur, bəzilərində isə qadağan edirlər. Bunun səbəbləri isə alkoqollu içkilərin təsiri altında baş verən insidentlər, müxtəlif cinayət hadisələridir.

Azərbaycanda da pablarla bağlı oxşar hadisələrə rast gəlirik. Ən qorxulusu da odur ki, Azərbaycanda 18 yaşına kimi olan uşaq və yeniyetmələrin pablara axını başlayıb. Bilirik ki, uşaqların formalaşmasında ətraf mühit amili böyük rol oynayır. Bu tipli məkanlar da uşaqların formalaşmasına təsir göstərir.

Bəzən də orta məktəb şagirdləri məktəbdən yayınaraq, kütləvi şəkildə belə məkanlara üz tuturlar. Burada da şübhəsiz ki, uşaqların zərərli vərdişlərə aludə olması, zərərli informasiyalarla qarşılaşması qaçılmazdır”.
Bu tip halların qarşısını almaq üçün müvafiq qanunvericilik aktlarının olduğunu deyən sosioloq qeyd edir ki, aidiyyəti qurumlar pablara nəzarəti gücləndirməlidir:

“Əfsuslar olsun ki, bununla bağlı monitorinqlər çox zəif aparılır. Yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları mütəmadi olaraq belə məkanlarda olsunlar, oraya üz tutanların yaş həddi ilə maraqlansınlar. Belə məkanlara nəzarət gücləndirilməlidir.

Pabların harada yerləşməsi də ciddi nəzarət altında olmalıdır. Bilirik ki, məktəb ətrafında belə məkanların olması qeyri-məqbul sayılır. Adını çəkdiyim qurumlarla yanaşı, müvafiq icra hakimiyyətləri və qeyri-hökumət təşkilatları da bu işə qoşulmalıdırlar ki, bu məkanlarda Azərbaycanın gələcəyi sayılan yeniyetmələrin məhv olmasının qarşısını alınsın.

Belə məkanlarda tütün məmulatlarının istifadəsi üçün də şərait yaradılır. Hesab edirəm ki, bununla bağlı cəmiyyət olaraq müvafiq qurumlarla müştərək şəkildə nəzarəti gücləndirməliyik.

Yaxşı olar ki, kütləvi informasiya vasitələri onlarla maraqlansınlar və bu məsələdə müvafiq qurumlar monitorinqlər aparsınlar. Ailələr də uşaqlar üzərində nəzarəti gücləndirməlidirlər. Valideynlər bilməlidirlər ki, uşaqları hara gedir. Həmçinin natamam ailədən olan uşaqlar var ki, onlara da həm ailə, həm də aidiyyəti qurumlar nəzarəti gücləndirməlidir ki, bu tip məkanlara getmələrinin qarşısı alınsın.

Bu kimi hallara məktəb nəzarət edə bilməz, çünki məktəbdənkənar, tətil vaxtları olur. Burada ailə, cəmiyyət, dövlət qurumları, mətbuat mütləq şəkildə bu məsələyə daim həssas yanaşmalıdır”.

Üzeyir Şəfiyevin sözlərinə görə, pab kimi əyləncə məkanlarının sosial şəbəkələrdə reklamına da nəzarət olunmalıdır:

“Pablar sosial şəbəkələrdə açıq şəkildə reklam olunur. Bu da şübhəsiz ki, uşaqların diqqətini cəlb edir. Hesab edirəm ki, belə məkanların reklamı ilə məşğul olan KİV də hüquqi şəkildə məsuliyyətə cəlb edilməlidir. Güman edirəm ki, bu istiqamətdə sosial media haqqında qanuna ehtiyac var. Necə ki qardaş Türkiyə, Almaniyada sosial media haqqında qanunlar var, Azərbaycan da belə bir qanunun qəbuluna ehtiyac var”.

Son xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

Masazırda iki qadın qətlə yetirilib

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Bütün xəbərlər