{category-title}

"Qarabağ və Şərqi Zəngəzur dirçəlir" - Ölkə başçısı

"Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam. Bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuşdur. Bir çox açılışlar həyata keçirilmişdir və 10 günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir". 

Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Prezident bildirib ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı və Qarabağı, Zəngəzuru azad görmək olub: "İl boyunca Ulu Öndərin fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilib, müzakirələr aparılıb. Yollar, körpülər, tunellər inşa edilir, elektrik stansiyaları, su anbarları, elektrik xətləri, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir və yenidən qurulur və ya təmir olunur. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı və Qarabağı, Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin elədik. 

Heydər Əliyev bütün dövlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə 1969-1982-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Məhz o illərdə müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Heydər Əliyev 1982-1987-ci illərdə Kommunist Partiyasının siyasi bürosunun üzvü kimi və Sovet hökumətinin sədrinin birinci müavini kimi daima Azərbaycana öz diqqətini, qayğısını göstərirdi və məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də inkişaf edirdi". 

Son xəbərlər

"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq"

Sabah 23 dərəcə isti olacaq

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"

Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib

"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

"FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

Bütün xəbərlər