{category-title}

“Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur” - Ramil Usubov

“Azad olunan bölgələrin yenidən dirçəlişi, inkişaf salnaməsi məhz Prezident İlham Əliyev tərəfindən yazılır. Zəfər Komandanı indi Qurucu Lider kimi Qarabağı və Şərqi Zəngəzuru Qafqazın ən böyük tikinti meydanına, güclü inkişaf ünvanına, möhkəm təhlükəsizlik məkanına çevirir”.

Bu sözləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan qəzeti”nə müsahibəsində deyib.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu tikinti-quruculuq prosesinin miqyası, dinamikası Azərbaycan dövlətinin gücünü, ən əsası isə Prezident İlham Əliyevin 18 illik fəaliyyət dövrünün nə qədər uğurlu olduğunu göstərir:

“Təsəvvürünüzə gətirin, Azərbaycan ağır müharibədən çıxıb. Bu savaşın hər günü dövlət büdcəmizə böyük məbləğdə vəsait hesabına başa gəlib. Ölkəmizin ötənilki hərbi xərcləri milyardlarla manat həcmində olub, bunu hər kəs bilir.

Postsavaş dövründə isə yenə də iki istiqamət üzrə bu işlər intensiv surətdə davam etdirilir. Həm Silahlı Qüvvələrimizin arsenalı daha müasir səviyyədə və çox böyük həcmdə yenilənir, azad olunmuş ərazilərdə, sərhəddə çoxsaylı müvafiq hərbi, müdafiə xarakterli infrastrukturlar yaradılır. Məlum olduğu kimi, indi müdafiə xərcləri əvvəlki illərlə müqayisədə daha da artırılıb. Digər istiqamət isə quruculuq, tikinti məsələləridir ki, onlar da uğurla aparılır.

Dediyim odur ki, müharibədən çıxmış bir ölkə savaşın fəsadlarını aradan qaldırmaq üçün yenə də milyardlarla vəsait xərcləyir. Dünya Azərbaycanın iqtisadi cəhətdən necə güclü dövlət olduğunu elə bu faktlarla görür və bütün bunlar həyata keçirilən siyasətin düzgünlüyünü, islahatların səmərəliliyini göstərir. Aparılan nəhəng quruculuq prosesi Prezident İlham Əliyevin sərkərdəlik qüdrətini, liderlik bacarığını, müdrik idarəçiliyini bir daha təsdiqləyir”.

Prezidentin Qarabağa və Şərqi Zəngəzura bəzən bir ay ərzində bir neçə dəfə səfər etdiyini vurğulayan Ramin Usubov qeyd edib ki, Qafqazda ilk “ağllı kənd”, “ağıllı şəhər” konsepti məhz işğaldan azad edilmiş ərazilərdə salınır:

“On aya beynəlxalq hava limanı tikilib, əlavə daha ikisinin də tikintisi sürətlə davam edir. Xalqımız ötən illər ərzində işğal olunmuş torpaqlarımızın düşməndən azad ediləcəyinə ümidini itirmədi. Bu, onun öz Ümummilli Liderinin uzaqgörən, müdrik siyasətinə, dahi şəxsiyyətinə, onun layiqli davamçısı, qüdrətli rəhbərimiz cənab İlham Əliyevin qətiyyətinə, əzminə, polad iradəsinə, yüksək idarəçilik qabiliyyətinə və yorulmaz fəaliyyətinə inamdan qaynaqlanır. Bu ruh indi tariximizə, irsimizə, milli-mənəvi dəyərlərimizə layiq şəkildə dirçəldilir”.

General-polkovnik əlavə edib ki, Qarabağ həm də ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır: “Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.

Qarabağ və Şərqi Zəngəzur artıq azaddır. Onlar üçün ciddi təhlükə yoxdur. Ancaq bu bölgə elə bir həssaslığa malikdir ki, burada tikilən, qurulan dövlət, sosial, mədəniyyət, iaşə və digər infrastrukturlar həm də təhlükəsizlik sisteminin vacib təməlləridir. Hər bir tikili, hər bir quruculuq işi Azərbaycanın etibarlı təhlükəsizlik tələblərinin normalarına tam cavab verir”

Son xəbərlər

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

Bütün xəbərlər