{category-title}

23 ölkə, 600-dən çox idmançı: Beynəlxalq Şahmat Festivalı başlayır


Sabah Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına start veriləcək.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək mötəbər turnir “Baku Crystal Hall”da baş tutacaq.

Festivalda şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. İştirakçılar arasında 44 beynəlxalq qrosmeyster, 44 beynəlxalq usta və 41 FIDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandır. ABŞ təmsilçisi 2708 FİDE reytinqinə sahibdir.

Festivalda Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri təmsil edəcəklər.
Beynəlxalq Şahmat Festivalı günlərində “Baku Crystal Hall”da həm də veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı təşkil olunacaq.

Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində  hər yaş qrupunda (U-8, U10, U12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.

Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayacaq. “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi mayın 5-də keçiriləcək.

Son xəbərlər

Hakan Fidan İraqa səfər edəcək

Rusiya MN "QUR"un xüsusi təyinatlı qüvvələrinin məhv edildiyini açıqlayıb

Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar

Rusiya "İskəndər"lə Nikolayev şəhərinə zərbə endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Ukrayna kəşfiyyatı Moskva vilayətindəki neft məhsulları kəmərini partladıb

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı

LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?

Lukaşenko ABŞ və Litvanı söydü

“Azure Residence”in idarəçiliyi ilə bağlı yayılan məlumatlara dair açıqlama

Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ərdoğan da İrəvana getməyəcək?

Milli Məclisin Zəfər Günü bəyanatı - TAM MƏTN

Azərbaycanda bu müəllimlərə bonuslar veriləcək

"Qarabağ" - "Çelsi" oyununa 27 250 bilet satılıb

Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib

Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb

"Telegram" və "WhatsApp" Krımda rəsmi olaraq bloklanıb

Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib

BŞİH-də növbəti müşavirə keçirilib, Trest rəhbərliyi tənqid edilib

Luvr muzeyindən oğurluq edən daha bir nəfər saxlanılıb

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşüb

Ağstafada avtomobil rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər