{category-title}

<!-- x-tinymce/html -->

“Azure Residence”in idarəçiliyi ilə bağlı yayılan məlumatlara dair açıqlama

Bakı şəhəri, Xətai rayonunda yerləşən “Azure Residence” yaşayış kompleksinin idarəçiliyi ilə əlaqədar yayılan bəzi məlumatlarda "Xətai-48" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) rəhbəri kimi mənim — Davud Məmmədovun ünvanına səsləndirilən iddialar həqiqəti əks etdirmədiyindən, aşağıdakı dəqiqləşdirmələri ictimaiyyətin diqqətinə çatdırırıq:

1. Təzyiq və Mətbuata Müraciət məsələsi

“Güvənli-Servis Management” MMC nümayəndələrinin mənim “məsələləri hüquqi yolla deyil, mətbuat üzərindən həll etməyə çalışdığım” barədə bəyanatı tamamilə əsassızdır.

Hüquqi əsas: Məsələ hüquqi müstəvidə həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə “Güvənli-Servis Management” MMC-nin fəaliyyəti qanunsuz hesab edilmiş, şirkət bina idarəçiliyindən kənarlaşdırılmışdır. Bu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır.

Mətbuata müraciətin səbəbi: Mətbuata müraciət, məhkəmə və icra qərarlarının yerinə yetirilməməsi səbəbindən son çıxış yolu kimi seçilmişdir. Əvvəlki idarəçi şirkət, məhkəmə qərarlarını və icra məmurlarının tələblərini icra etməkdən imtina etmiş, hətta istilik sistemini dayandırmaqla sakinlərin yaşayış hüquqlarına zərər vurmuşdur. Məqsəd təzyiq göstərmək deyil, ictimai və dövlət qurumlarının diqqətini yaranmış vəziyyətə yönəltməkdir.

2. Mənim Rolum və Statusum

“Peşə etikası” və “vəkil davranış qaydaları” ilə bağlı səslənən iddialar da reallığa uyğun deyil.

Mən bu məsələdə "Xətai-48" MMMC-nin sədri və bina sakini qismində çıxış edirəm.

Fəaliyyətim vəkil fəaliyyəti deyil, sakinlərin birgə yaratdığı qanuni cəmiyyətin rəhbərliyi çərçivəsində həyata keçirilir.

Məqsədim, binanın bütün sakinlərinin qanuni hüquq və maraqlarının qorunmasıdır.

3. Vəsaitlərin Toplanması və Şəffaflıq

Şirkət nümayəndələrinin “özbaşınalıqla sakinlərdən vəsait toplanır” iddiası tamamilə əsassızdır.

Rəsmi status: "Xətai-48" MMMC Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmiş hüquqi şəxsdir.

Şəffaf maliyyə: Cəmiyyətin rəsmi VÖEN-i və bank hesabı mövcuddur. Sakinlər ödənişlərini yalnız bu hesaba həyata keçirir və bütün əməliyyatlar rəsmi sənədlərlə təsdiqlənir.

Əvvəlki idarəçi barədə: Əksinə, illərlə binanı idarə etmiş “Güvənli-Servis Management” MMC yığılan vəsaitlərin xərclənməsi barədə şəffaf hesabat təqdim etməmiş, sakinlərin sorğularını cavabsız qoymuşdur.

4. Xidmətlərin təşkili

MMMC yaradıldıqdan sonra “Güvənli-Servis Management” MMC bir çox həyati xidmətləri dayandırmışdır (liftlərin kart sistemləri, resepsiyon və mühafizə xidmətləri və s.).

Sakinlərin təhlükəsizliyinin və normal yaşayışının təmin edilməsi üçün "Xətai-48" MMMC tərəfindən ixtisaslaşmış şirkətlərlə rəsmi müqavilələr bağlanmışdır (lift servisi, mühafizə, mühasibatlıq və s.).

Bu addımlar bina sahibsiz qalmasın və xidmətlərin dayandırılmasının qarşısı alınsın deyə atılmışdır.

“Qeyri-qanuni ələ keçirmə” barədə səslənən iddialar əsassızdır və məqsədi məhkəmə qərarlarına tabe olmamaq faktını gizlətməkdir.

5. 211 min manat borc barədə iddia

“Güvənli-Servis Management” MMC-nin hüquqşünası H.Hüseynovanın “sakinlər tərəfindən şirkətə 211 min manat borc yaranıb” bəyanatı da hüquqi və faktiki əsasdan məhrumdur.

Əgər belə borc mövcuddursa, şirkət bunu məhkəmə qaydasında tələb edə bilərdi. Lakin bunu etməməsinin səbəbi – həmin borcun əsassız və sənədlərlə təsdiqlənməməsidir.

Şirkət “xidmətləri dayandırmadığını” iddia etsə də, sakinlər reallıqda lift, mühafizə, resepsiyon və digər xidmətlərin dayandırıldığını təsdiqləyirlər. Bu səbəbdən şirkətin bəyanatı tamamilə yalandır.

"Xətai-48" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti olaraq, biz:

Binanın qanuni idarəçiliyini təmin etməyə,

Sakinlərin maraqlarını qorumağa,

Bütün maliyyə və hüquqi sənədləri səlahiyyətli orqanlara təqdim etməyə hazırıq.

Davud Məmmədov
"Xətai-48"Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin sədri
“Azure Residence” yaşayış kompleksi

Son xəbərlər

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Bütün xəbərlər