{category-title}

Şahmat millimiz Teymur Rəcəbovsuz qalıb: Amma dördüncü dəfə Avropa çempionu ola bilərik

 

 

Bu gün Gürcüstanın Batumi şəhərində kişi və qadınlar komandalar arasında XXII Avropa çempionatı start götürür.

Oxu.Az xəbər verir ki, kişilərdən ibarət millimizin heyətində gözlənilməz ayrılıq baş verib.

Bir neçə gün öncə Dünya Kubokundakı yorğunluqla əlaqədar olaraq Avropa çempionatına qatılmayacağını açıqlayan Teymur Rəcəbovun yerinə Men adasında uğurlu çıxış etmiş Nicat Abbasov heyətə daxil edilsə də, o da millidən imtina edib.

Bu barədə məlumatı komandamızın lideri Şəhriyar Məmmədyarov sosial şəbəkələrdə verib:

“Milli komandamızın kapitanı Eltac Səfərli həm də oyunçu kimi oynayacaq. Nicat Abbasov yorğunluq səbəbi ilə oynaya bilməyəcək. Komandaya xoş gəlmisən, Eltac! Oynayan kapitanımız”.

Beləliklə, kişi komandamız bu heyətlə mübarizə aparacaq: Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli. Komandamızın kapitanı isə  Fikrət Sideyifzadə olacaq. O, həmçinin, qadınlardan ibarət yığmamızın da kapitanı olaraq çıxış edəcək.

Xatırladaq ki, yığmamız hazırkı Avropa çempionudur. Ümumilikdə isə millimiz Avropa çempionatının üç dəfə qızıl, bir dəfə gümüş və bir dəfə də bürünc medallarının sahibi olub. Elə bu dəfə də komandamızın medal qazanmaq, hətta çempion olmaq şansları az deyil.

Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Levon Aronyan (Ermənistan) kimi güclü şahmatçıların yarışmadığı Avropa çempionatından medalla qayıtmaq mümkündür.

Kişilərin yarışında 40 komanda iştirak edir. Azərbaycan 2679 reytinq xalı ilə IV sıradadır. İlk üç sıra Rusiya, İngiltərə və Polşaya məxsusdur.

Qadınların yarışında isə Azərbaycan 32 iştirakçı ölkə arasında V sırada qərarlaşıb. 2383 xalı olan qadın millimizi yalnız Rusiya, Gürcüstan, Ukrayna və Polşa qabaqlayır.

Qadın millimizin heyəti lövhə ardıcıllığa üzrə belədir: Günay Məmmədzadə (2427), Xanım Balacayeva (2368), Ülviyyə Fətəliyeva (2368), Gülnar Məmmədova (2369), Türkan Məmmədyarova (2314).

Kişi komandamız ilk turda Serbiya ilə, qadın millimiz isə Latviya ilə qarşılaşacaq. Görüşlər saat 15:00-da başlayacaq.

Son xəbərlər

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

Bütün xəbərlər