{category-title}

Gündəm / Olkə
14.04.2023, 12:07
Azərbaycanda istiliyin verilməsi müddəti dəyişdirilə bilər
“Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparmaqdadır.
Bunu "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev deyib.
O qeyd edib ki, mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm havanın temperaturuna əsasən tənzimlənir.
