{category-title}

İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA

 

"Hazırda istilik təchizatı qış rejiminə keçid üçün tam hazır vəziyyətdədir”.

Bunu “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Redaktor.az-a açıqlamasında istilik təchizatının hazırkı durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, istilik təchizatı ilə bağlı münasibətlər "Azəristiliktəchizat” ilə abonentlər arasında bağlanmış müqavilə ilə tənzimlənir:

“Lakin hansısa təşkilat müraciət edib, ödənişə təminat verərsə, həmin təşkilat üçün istilik təchizatının vaxtından öncə başlanması məsələsinə baxıla bilər. Hələ ki, heç bir təşkilatdan müraciət daxil olmayıb. Dövlət proqramlarına uyğun, maliyyə təminatından asılı olaraq, tədbirlər planları icra olunur. Hər il  olduğu kimi bu il də tədbirlər planı üzrə işlər başa çatmaq üzrədir.  Keçən il stilik təchizatı olmayan mənzillərlə bağlı fərdi araşdırmalar aparılıb. Problemlər mənzildaxili dik dayaqlarının tutulması, istilik xətlərinin köhnə olması ilə bağlı olub. Bu problemlər mövcud qanunvericiliyə görə, vətəndaşlar tərəfindən həll edilir. Müvafiq maarifləndirmə işləri aparılıb, vətəndaşlara texniki dəstək olunub".

Qurum rəsmisinin sözlərinə görə, Bakı şəhərində 80 faiz yaşayış binaları istiliklə təmir olunub:

“20 faiz binaların da istiliklə təmin olunması üçün ərazilərdə istilik mənbəyi yaradılmalı, məhəllədaxili xətlər, binaların aşağı paylayıcı istilik sistemləri, məzildaxili xəttlər bərpa olunmalı, yeni istilik mənbəyi üçün qaz, elektrik enerjisi, su xətləri çəkilməlidir. Bunlar da əsaslı vəsait qoyuluşu tələb edən infrastruktur layihələrdir ki, dövlət proqramlarında öz əksini tapıb. Bunlar maddi təminat olduqca icra olunur. İşlər paralel şəkildə bütün rayonlarda görülür”.

Qurum rəsmisi əlavə edib ki, istiliyin tez verilməsi ilə bağlı ötən illərdə müraciətlər olub:

"Müraciətlər əsasında həmin yerlərə vaxtından əvvəl istilik verilib, amma indi hava  soyuq deyil. Oktyabr ayında istiliyin verilməsi təcrübədə rast gəlinməyib. Gərək ki, orta sutkalıq temperatur 5 gün ardıcıl olaraq, 8 dərəcədən aşağı düşsün. Belə olan halda istilik mövsümünə başlamaq olar".

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər