{category-title}

Günün qoroskopu: şərait dəyişir, sizdən səbr və məntiq, həyata fəlsəfi baxış tələb olunur
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - aktiv, enerji ilə zəngin sizə faydalı və çoxsaylı işləri görməyə imkan verən gündür. Müxtəlif yerlərdə olacaq, fərqli insanlarla görüşəcəksiniz. Təmasların ab-havası sakit, yaradıcı və dostyana olacaq. Gələcəkdə karınıza gələ biləcək unikal ideya yarana bilər. Azad nəfəs almağınıza imkan verən "təmizləmə" əməliyyatı aparın.
Buğa - rəvan olmayan, həyəcanlar və emosiyalarla dolu gündür. Təxminlənməyən, qəfil hadisələrin sayını minimuma salın. Riskə getməyin, oraqnizminiz üçün ifrat yük ola biləcək heç nə etməyin. Günün ilk yarısında təmaslar zamanı təmkinli və sakit olun.
Əkizlər - yeni ilin həftəsinin bu günü sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edərək başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin. Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Xərçəng - planların pozulmasını emosional qarşılamayın. Kimsə diqqətinizi yayındıra bilər. Günün ilk yarısında dostlarla planlaşdırılmamış görüş və ya tanışlarla problemin həlli mümkündür. Təcili çözüm tələb edən çətinlik yarana bilər. Yaxın ətrafınızdakı insanlarla rəvan, sakit münasibətlər qurun.
Şir - yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.  Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür. İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Qız - fikrinizi ən önəmli məsələnin həllinə yönəldin, ikinci dərəcəli detallara diqqət ayırmayın. Bacardığınızdan artıq iş görməyə çalışamyın. Bayramdan sonrakı pozitiv əhval-ruhiyyənizi pozmayın. Səhhət üçün problemli gündür. Yuxusuz qalmayın, qan təzyiqinizə fikrir verin. Xarici görkəminizə daha çox diqqət ayırın.
Tərəzi -  İctimai fəallığı gərəkli minimum səviyyəsinə endirin. İşlə məşğul olun. Fiziki iş daha məsləhətdir. Ətrafınızda qayda yaradın. Axşam saatlarında əhvalınız daha nikbin olacaq. Yeni hadisəyə və görüşə hazırlaşın. Tənhalıq, bir qədər tək qalmaq faydalıdır. Tənha olduğunuz saatları zənginləşdirə bilərsiniz.
Əqrəb - işlə bağlı məsələlərin sizi narahat edəcəyinə hazır olun. Bu gün virtual və ya real görüşləri müəyyənləşdirin. Görüşü axşam saatlarına qədər təxirə salın. Günün ilk yarısında münasibətlərin aydınlaşdırılması planları poza bilər. Axşam saatlarında havanızı dəyişin, gəzintiyə çıxın.
Oxatan -şərait dəyişir, sizdən səbr və məntiq, həyata fəlsəfi baxış tələb olunur. Günəş və Pluton sizin üçün tərəfdaşlıq müstəvisini fəallaşdırıb. Münasibətlərdəki problemlər sizi narahat edərsə, onları məhz indi həll edin. Əmlak, birgə mülkiyyətlə bağlı problem yarana bilər. Belə zamanda kim isə itirir, kim isə tapır. Şərait sizdən güzəşt tələb edərsə, razılaşın. Hər şey bərpa olunacaq, yerini tapacaq.
Oğlaq - çətin, güclü emosiyalar günüdür. Çətinlikləri yeni imkanların carçısı hesab edin. Situasiyaya fərqli baxın və ola bilər ki, ən mürəkkəb vəziyyətdə sərfəli məqamlar tapasınız. Güzəştə getməyi bacarın, cavab reaksiyasını gözləməyin.
Dolça - mülayim davranış münasibətləri tənzimləməyin ən yaxşı yoludur. Evdə qayğılar arta bilər. Qonaq gələcək, dəvət alacaqsınız. Səhər saatlarında görəcəyiniz işləri müəyyənləşdirin, axşam saatlarında isə istirahət edin, əylənin. Fiziki iş məsləhətdir, amma özünüzü çox yormayın.
Balıqlar - mühüm situasiya böhran mərhələsinə daxil ola bilər. Batini dəyərləndirmədə fərqli vəziyyət yaranacaq. Ətrafınızda dəyişən şərtlərə, özü barədə məlumat vermək istəyənə, gələn xəbərlərə diqqət yetirin.  Əgər kimsə səbr kasınızı daşdırmağa çalışırsa, reaksiya verməyə tələsməyin. Axınla hərəkət edin, hər şey yaxşı ola bilər.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər