{category-title}

Günün qoroskopu: durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik
Qoç - gərginlik sizi bir işi yarımçıq qoyub başqasına başlamağa vadar etməsin. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzundan yararlanaraq sizə təzyiq etmək istəyəcək. Situasiyalar təhlükəlidir. Qalmaqal, münaqişə, anlaşmaların pozulması, müqavilənin ləğv olunması, münasibətlərin kəsilməsi istisna deyil.
Buğa - təhlükəsizlik və maraqlarınızın qeydinə qalın. Əldə edilmiş nəticəni hifz etmək üçün təmkinli və səbrli olun. İmkandan yararlanmağa başladığınızı hiss etsəniz, yarı yolda dayanmayın. Emosiyaların özbaşına olaraq sakitləşəcəyini düşünməyin. Qəfil hadisə ilə qarşılaşa bilərsiniz. Şərtlər dəyişir. Planları dəyişməyə hazırlaşın, yeniliklərdən çəkinməyin. Yaxın perspektivdəki işlərin bünövrəsi indi qoyulur.
Əkizlər - hisslərin xüsusilə gərildiyi, prioritetlərin dəyişdiyi, həqiqətləri söyləmə ehtiyacın duyulduğu zamandır. Yaşanan olaylar situsiyanı pis və ya yaxşı yönə dəyişə bilər. Aldanmaq istəmirsinizsə, görülməmiş işi görülmüş hesab etməyin. Konkret məsələdə müəyyənlik əldə etmək, gələcəklə bağlı nələrə bel bağlamağın aydın olduğu vaxtdır.
Xərçəng - nisbətən zəif mövqelərinizi anlamağa, həmin istiqamətdə az sonra nələrin baş verə biləcəyini təxminləməyə çalışın. Biznesdəki tərəfdaş, iş yoldaşı və qohumlar arasıda inadkarlıq nümayişi ilə qarşılaşacaqsınız. Bununla belə, kompromis yolu seçin, mühüm məsələlərlə bağlı anlaşma əldə edin və yaxın günlərdə dəstəyi təmin edin.
Şir - gərgin situasiyaların həllini tapdığı gündür. Yarımçıq qalan işləri başa vurun, alınan informasiyanı təhlil edin. Görüş və təmaslarda hövsələsiz, səbirsiz davranmayın. Tələsik qərarlar, düşünülməmiş addımlar, emosional açıqlamalar yalnız zərər verə bilər. Sonrakı peşmançılıq hissini yaşamamaq üçün davranış və sözlərinizə diqqət edin, neytral mövzuya keçin. Nə isə mane olursa, ondan qurtulun. Təəssüflənməyin, əks halda irəliləyiş olmayacaq.
Qız -  yaxın gələcəklə bağlı hədəf və məqsədlərin müəyyənləşdirilməsi sərt rəqabət şəraitində baş verəcək. İntuisiyanızın xəbərdarlıqlarına həssas olun, yaxın vaxtlarda fəaliyyət istiqamətini dəyişə biləcək hadisələrin təmayülünü anlamağa çalışın. İşdə, tərəfdaş münasibətlərində, əmədkaşlıq məsələlərində yeniliklər gözlənilir.
Tərəzi - fəal çalışıb işlərin tam əksəriyyətini bitirmək imkanı var. Yaxın ətrafınızdakı insanlardan nə isə tələb edənə qədər həmin işi özünüz bitirin. Bel bağladığınız insanların başqa planları ola bilər. Gərəksiz, emosional təmaslara ehtiyac yoxdur. Səhhət və təhlükəsizliyinizin qeydinə qalın. Ehtiyatlı olun.
Əqrəb - münasibətlərdəki təmayülləri diqqətlə izləyin, gərginliyin yarandığı müstəvini nəzərdən qaçırmayın. Münaqişələrin qarşısını alın, öz təhlükəsizliyiniz və yaxınlarınızın əmin-amanlığının təminatına nail olun. Tərəfdaş münasibətlərində çevriliş baş verə bilər. Yeniliyin ciddilik və önəm səviyyəsi əvvəllər yaranmış şəraitin formatından asılı olacaq.
Oxatan -  fəaliyyətiniz buna rəvac verə bilər. Fəaliyyətiniz və planlarınız indi gözlənilməz situasiyalar, dəyişikliklərlə sınağa çəkilir. Yaşamınıza daxil olan nəsnənin qarşısını almayın. Təxirə salınmış işi başa vurmaq, perspektivləri müəyyənləşdirmək şansı var. Şəxsi münasibətlər üçün unikal məqamdır. Fikir və ümidlərinizin bağlı olduğu insanla əlaqəni itirməyin.
Oğlaq - durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin. Narahat olmayın, ayın problemli günlərindən biri yaşanır. İnadkarlıq etməmək, geri çəkilmək də olar. Yaşam və fəaliyyət məkanınızın gərəksiz nəsnələrdən təmizlənməsi üçün əlverişli vaxtdır.
Dolça - impulsiv qərarlar qəbul etməyin. Yeni mövzu, yeni araşdırma və ya maraq yarana bilər. Səfərdə və yolda ehtiyatlı olun. Evdə təmiri təxirə salın. Məişət texnikası almaq üçün uğursuz gündür.
Balıqlar - tələskənlik və vurnuxma günüdür. Qəza riski olduğundan, yollarda ehtiyatlı və sayıq davranın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss oluna bilər. Önəmli  məqamlara və ya hadisələrə yenidən nəzər salmağa imkan verən situasiya yaranır. Sürprizə, qəfil hadisəyə, etirafa, yaşam sirrinizin faş olmasına hazırlaşın. Əyləncə naminə hansısa hadisənin inkişafını sürətləndirməyin

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər