{category-title}

Mehman Mehdiyev: XXI əsrin yeni lideri: bütün sahələr üzrə inamla irəliyə!

 

Mehman Mehdiyev - Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Həmin dövrdə idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından ölkəni tərk etmək məcburiyyətində qalırdılar. Həmçinin, ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımıza ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış və idmandan kənar fəaliyyətlər üçün istifadə olunmağa başlanmışdı. Ancaq Ümummilli lider Heydər Əliyevin xalqın arzusu ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmana münasibət yeni mərhələyə qədəm qoydu. Müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Ulu öndərin idman sahəsində həyata keçirdiyi islahatlar içində 1997-ci ildə verdiyi mühüm qərarı xüsusi olaraq qeyd etmək lazımdır. Çünki həmin il rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi.
Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə atılan addımlar və görülən işlər qısa zamanda öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. Cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir”.
26 ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab İlham Əliyevin apardığı uğurlu idman siyasəti və şəxsən bu sahəyə göstərdiyi diqqət və qayğının sayəsində minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradılıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. İdmançılarımızın həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlardakı qələbələri artıq adi hala çevrilib.
Ölkəmizdə idmanın inkişafı ilə bağlı günlərlə danışmaq, yazmaq olar. Ancaq sonda onu qeyd edim ki, Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəliyə doğru aparır. Son 20 ilə nəzər salsaq görərik ki, ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni bir nəfəs gətirmiş,bütün sahələr üzrə inkişafımızı təmin etmişdir.

Son xəbərlər

Saakaşvili Rusiya agenturası tərəfindən zəhərləndiyini açıqlayıb

Kreml Ermənistanda Putinin həbs təhlükəsinə münasibət bildirdi

Ərbakanın oğlu “Cumhur İttifaqı”na qoşuldu

Ermənilər Qarabağa yeni yol çəkir - Nazirlik xəbərdarlıq etdi - VİDEO

Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaq

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçdi

Xankəndi yolu ilə qanunsuz hərbi daşımalar davam edir - VİDEO

"Dilarə ilə mən qışqırırdıq, maşın çevrilirdi" - Mehriban Zəki

Ramazanın 3-CÜ GÜNÜ: İlahi, bu gün məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır

“Qarabağ”-“Qalatasaray” matçına gedəcək azarkeşlərin nəzərinə!

İlham Əliyev misirli həmkarı ilə danışdı

Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

Xankəndi-Laçın yolundakı aksiyanın 103-cü günüdür

Ərdoğan TDT-dən danışdı: Başda Azərbaycan olmaqla...

Gizlicə ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

Dünya Bankı: “Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır”

BMT: “Dünya sakinlərinin dörddə biri içməli sudan məhrumdur”

Azərbaycanda tələbə faciəli şəkildə öldü

"Qarabağ deyəndə anlayanlarla yol gedirik" - Ərdoğan

Bu gündən Ramazan ayı başlayır

Oqtay Əliyev harada dəfn olunacaq?

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Ramazan bayramı ilə bağlı neçə qeyri-iş günü olacaq? - TƏQVİM

Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü - Yenilənib

Bütün xəbərlər