{category-title}

Fərhad Həsənov: XXI əsrin yeni lideri: bütün sahələr üzrə inamla irəliyə!

 

Fərhad Həsənov - Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Həmin dövrdə idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından ölkəni tərk etmək məcburiyyətində qalırdılar. Həmçinin, ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımıza ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış və idmandan kənar fəaliyyətlər üçün istifadə olunmağa başlanmışdı. Ancaq Ümummilli lider Heydər Əliyevin xalqın arzusu ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmana münasibət yeni mərhələyə qədəm qoydu. Müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Ulu öndərin idman sahəsində həyata keçirdiyi islahatlar içində 1997-ci ildə verdiyi mühüm qərarı xüsusi olaraq qeyd etmək lazımdır. Çünki həmin il rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi.


Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə atılan addımlar və görülən işlər qısa zamanda öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. Cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir”.


26 ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab İlham Əliyevin apardığı uğurlu idman siyasəti və şəxsən bu sahəyə göstərdiyi diqqət və qayğının sayəsində minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradılıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. İdmançılarımızın həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlardakı qələbələri artıq adi hala çevrilib.


Ölkəmizdə idmanın inkişafı ilə bağlı günlərlə danışmaq, yazmaq olar. Ancaq sonda onu qeyd edim ki, Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəliyə doğru aparır. Son 20 ilə nəzər salsaq görərik ki, ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni bir nəfəs gətirmiş,bütün sahələr üzrə inkişafımızı təmin etmişdir.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər