{category-title}

Qoşqar Zeynalov: XXI əsrin yeni lideri: bütün sahələr üzrə inamla irəliyə!

Qoşqar Zeynalov
Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Həmin dövrdə idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından ölkəni tərk etmək məcburiyyətində qalırdılar. Həmçinin, ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımıza ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış və idmandan kənar fəaliyyətlər üçün istifadə olunmağa başlanmışdı. Ancaq Ümummilli lider Heydər Əliyevin xalqın arzusu ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmana münasibət yeni mərhələyə qədəm qoydu. Müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Ulu öndərin idman sahəsində həyata keçirdiyi islahatlar içində 1997-ci ildə verdiyi mühüm qərarı xüsusi olaraq qeyd etmək lazımdır. Çünki həmin il rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi.
Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə atılan addımlar və görülən işlər qısa zamanda öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. Cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir”.
26 ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab İlham Əliyevin apardığı uğurlu idman siyasəti və şəxsən bu sahəyə göstərdiyi diqqət və qayğının sayəsində minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradılıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. İdmançılarımızın həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlardakı qələbələri artıq adi hala çevrilib.
Ölkəmizdə idmanın inkişafı ilə bağlı günlərlə danışmaq, yazmaq olar. Ancaq sonda onu qeyd edim ki, Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəliyə doğru aparır. Son 20 ilə nəzər salsaq görərik ki, ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni bir nəfəs gətirmiş,bütün sahələr üzrə inkişafımızı təmin etmişdir.

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər