{category-title}

Nəriman Süleymanov: Tarixi Zəfərimizdən dərhal sonra...

 

Nəriman Süleymanov

Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. Idman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra Azərbaycanda digər sahələr kimi idman sahəsi də inkişaf etməyə başladı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yanvarın 9-da cənab Prezidentin iştirakı ilə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilmişdir. Dövlətimizin başçısı tədbirdə çıxış edərək mühüm məqamlara toxunmuş, müəyyən qurumlara ciddi tapşırıqlar, idmançılara öz dəyərli tövsiyyələrini vermişdir. Dövlət Başçımız çıxışında hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurguladı. İdman sahəsinin də inkişaf etdiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif  beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Prezident İlham Əliyev çıxışında söylədiyi kimi, idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Həqiqətən də bu böyük nailiyyətdir. Fəxrlə deyə bilərik ki, cənab İlham Əliyevin  həyata keçirdiyi düşünülmüş idman siyasəti bu gün öz gözəl nəticələrini verməkdədir.
Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər deyən Dövlət başçımız bildirdi ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir.
Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir. Bu gün ölkəmiz ən mötəbər idman yarışlarna ev sahibliyi edir. Prezidentimizin də söylədiyi kimi, ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır.
Dövlət başçımız çıxışında nazirlik, yerli icra orqanlarına  tapşırıq verərək bildirdi ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Prezident İlham Əliyev çıxışında işğaldan  azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işlərindən, keçirilən idman yarışlarından söhbət açaraq qeyd etdi ki, azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Dövlət başçımız  tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlandığını, o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası olduğunu vurğuladı. Həqiqətən də  azad edilmiş ərazilərdə keçirilən beynəlxalq idman yarışlarının çox böyük tarixi əhəmiyyəti var.
Çıxışının sonunda dövlət başçımız əldə edilmiş bütün uğurlar münasibətilə idmançıları, onların məşqçilərini, idman ictimaiyyətini bir daha təbrik etdi. Onlara yeni uğurlar, yeni qələbələr arzuladı. Və bildirdi ki, Azərbaycan dövləti hər zaman idmançıların yanında olacaq: “Sizin uğurlarınıza bütün xalqımız sevinir, bütün uğurlar yüksək səviyyədə qiymətləndirilir və qiymətləndiriləcəkdir.”

Son xəbərlər

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün xəbərlər