{category-title}

Volkov harada gizlənib? – Sülhməramlı generalın YEFRETOR OYUNLARI


Xəbər verdiyimiz kimi, rəsmilərimizin Rusiya sülhməramlıların müvəqqəti nəzarəti zonasında sərvətlərimizin talan edilməsilə bağlı monitorinqinə törədilən mane etiraz aksiyaları ilə nəticlənib. Artıq bir gündən çox müddətdir ki, ekofəallar tərəfindən Xankəndini Ermənistanla birləşdirən Laçın yolunda hərəkət dayanıb.

Əsas maraq doğuran məqam isə, aksiyaların daha nə qədər davam edəcəyi ilə bağlıdır?

Əvvəla onu qeyd edək ki, aksiyaçıların bəlli tələbləri var. Onlar Rusiya hərbi kontingentinin komandanı Volkovla görüşmək və monitorinq missiyamızın müvafiq ərazilərə buraxılmasını tələb edirlər.

Vəziyyətin ümumi gedişi isə aksiyaların hələ bir müddət də davam etməsi ehtimallarını artırır.

Ona görə ki...

Birincisi, nə hikmətdirsə, Volkov aksiyalar başlayandan bəri hələki hadisə yerinə təşrif buyurmaq imkanı tapa bilməyib. Bu da sülhməramlıların əsl məramını bəlli edir. Görünən qədərilə, Volkov separatçıların, bəlkə də özünün paxırlarının açılmasından qorxduğu üçün hadisə yerindən qaçmağı və bununla da aksiyaların uzanmasını məqbul hesab edir.

İkincisi, əraziyə əlavə rus qüvvələri cəlb olunub, eləcə də, modul yataqxanalar gətirilib. Bu da rusların hələ bir müddət də aksiyaların qarşısında qərar tutmağa hazırlaşdıqları ehtimalını gücləndirir.

Üçüncüsü, Xankəndi istiqamətindən ermənilərin də yaxın ərazidə toplaşdıqları bildirilir. Yəni, daha əvvəl Vardanyanı qabağa verən ruslar yenə də, vəziyyətin inkişafından asılı olaraq eyni ssenariyə baş vurmağı planlaşdırırlar.

Dördüncüsü və ən əsası, aksiyaçılarımız öz mövqelərində qətidirlər. Onlar tələbləri yerinə yetirilmədən, geri addım atamayacaqlar. Üstəlik, aksiyaçılara ciddi dəstəyin gəldiyi də göz önündədir. Artıq bu səhər xeyli sayda dəstəkçi aksiyaya qoşulmaq üçün Şuşaya yollanıb.

Beşincisi, dünən Rusiya Prezidenti Vladimir Putinlə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışıqları baş tutub. Ehtimal ki, aksiya məsələsi də danışıqlar zamanı müzakirə olunub. Lakin görünür, sözügedən mövzuda ortaq məxrəcə gəlmək mümkün olmayıb ki, aksiyalar davam edir.

Qərbə mesaj, Rusiyaya xəbərdarlıq.

Ümumilikdə isə ekoloji aksiya metodunun təsir gücü baxımından əhəmiyyəti xüsusi vurğulanmalıdır. Çünki bu Azərbaycanın həm Qərb, həm də Rusiya qarşısında əlini güclü edən “kozır” hesab olunmalıdır.

Bəllidir ki, Laçın yolunun bağlanması məsələsini ermənilər fərqli formada qələmə verərək, beynəlxalq arenada bunu Azərbaycana qarşı istifadə edə bilərdilər. Lakin ekoloji problemləri hər zaman qabardan Qərb aksiyaçılarımızın bəlli tələblərinə qarşı erməniləri müdafiə edə bilməyəcək. Etsələr belə, bu açıq ikiüzlülük kimi görünəcək.

Rusiyaya gəlincə isə bu aksiya Moskvaya ciddi bir xəbərdarlıq olacaq. Çünki sülhməramlıların qarşımıza çıxardığı beş-on separatçının qarşısına kütlə ilə çıxaraq, bundan sonrakı özbaşınalıqlara susmayacağımızı açıq şəkildə nümayiş etdirdik.

Bizim.Media

Son xəbərlər

"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq"

Sabah 23 dərəcə isti olacaq

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"

Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib

"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

"FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

Bütün xəbərlər