{category-title}

Kreml gürcüləri çörəklə imtahana çəkməyə başladı - GƏLİŞMƏ

 Rusiyadan Gürcüstana taxıl idxalında gecikmələr var; politoloq iddia edir ki, aksiyaların arxasında hökumət var... 

Gürcüstanda çörəyin qiyməti arta bilər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, Gürcüstana idxal olunan taxılın 90%-i Rusiyanın payına düşür: “Son hadisələr bir daha göstərdi ki, Gürcüstanın müxtəlif taxıl tədarükçüləri olmalıdır.

Ölkə iqtisadiyyatının bütün sektorlarının Rusiya ilə sıx əlaqələri var. Bu, yüksək risklər yaradır. Turist embarqosu artıq tətbiq olunub. Növbəti qadağa şərab və ola bilsin ki, bir gün taxıla da qoyulacaq".

L.Silaqava bildirib ki, Rusiyadan taxılın idxalına hələ rəsmən məhdudiyyətlər qoyulmayıb:

“Lakin buna baxmayaraq, idxalçılar çatdırılmalarda gecikmələrlə bağlı problemlərlə üzləşirlər. Bu da, öz növbəsində, çörəyin qiymətinə təsir edə bilər”.

Assosiasiya rəhbəri qeyd edib ki, Gürcüstanda taxıl ehtiyatı olduğundan çörəyin qiymətinin yaxın gələcəkdə sabit qalacağı gözlənilir.

Son günlər Gürcüstanda bəzi təndir sexlərində çörəyin qiyməti 10 tetri bahalaşıb. Son aylar qiyməti 90 tetri olan təndir çörəyi hazırda 1 lariyə təklif olunur.

Gürcüstanda isə etirazlar davam edir. Batumi-Kobuleti magistral avtomobil yolunun kənarında daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə böyük ölçüdə plakatlar yerləşdirilib. Aksiyanı müxalif Vahid Milli Hərəkat Partiyasının Acarıstandakı yerli təşkilatı təşkil edib.

Plakatlarda “Qaxaria get!” şüarı yazılıb. Partiya üzvləri bildiriblər ki, DİN rəhbəri istefa verənə qədər bu cür aksiyalar davam etdiriləcək.

Gürcüstanda aksiyaların ilk günlərində mitinq iştirakçıları parlamentin spikerinin istefasını tələb edirdilər. Spiker tezliklə istefasını açıqladı.

Etirazçıların digər tələbləri: daxili işlər naziri Georgi Qaxariyanın istefası, aksiyalar zamanı saxlanılan aktivistlərin azad edilməsi, növbədənkənar parlament seçkilərinin elan edilməsi və seçkilərin proporsional sistemlə keçirilməsi.

Seçkilər də təyin olundu, aksiyalar çərçivəsində saxlanılanlar azad edildi, hətta Qaxariya da istefaya getməyə hazır olduğunu açıqladı.

Belə olan halda nəyə görə Gürcüstandakı etiraz aksiyaları sakitləşmir? Qonşu ölkədə baş verənlərin arxasında əslində kimlər dayanır?

Gürcü politoloq Gela Vasadze Axar.az-a bildirib ki, etirazçıların əsas tələbləri hələ də yerinə yetirilməyib.

“Nazir istefaya getməyə hazır olduğunu, lakin bunu aksiyalar dağılandan sonra edəcəyini açıqlayıb.

İnsanlar isə Tiflisdə iyunun 20-dən 21-nə keçən gecə baş verənlərdə Qaxariyanın birbaşa olaraq siyasi məsuliyyət daşıdığını hesab edirlər.

Etirazçılar daxili işlər nazirinin istefasını istəyir, hökumət isə bunu etmir, üstəlik, bütün bunlardan əlavə “sağ ol” da deyir", - Vasadze bildirib.

Vasadzenin fikrincə, yalnız Qaxariyanın təcili istefası etirazlara son qoya bilər: “Əminliklə deyə bilərəm ki, daxili işlər naziri belə asanlıqla öz kreslosunu təhvil verməyəcək.

O, yalnız istintaq günahını sübuta yetirəcəyi halda istefaya gedəcəyini açıqlamaqla bu fikri söyləməyə əsas verib. Hər şey isə bu qədər sadə deyil. Belə ki, polis və prokurorluq orqanlarındakı istintaq hakimiyyətə tabedir".

Gürcüstandakı aksiyaların arxasında ABŞ-ın dayanmasına dair fikirlər də var. Məsələ burasındadır ki, Tiflis Anakliyanı turizm istiqaməti kimi istifadə etmək və bununla hər il milyardlar qazanmaq istəyir, Vaşinqton isə burada hərbi baza yaratmaq niyyətindədir.

Gürcü politoloq bu fikirlərlə razılaşmadığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstan həqiqətən Anakliyanı turizm istiqaməti kimi istifadə etmək istəyir və baza məsələsinin bura heç bir aidiyyəti yoxdur.

ABŞ Qara dənizin logistik imkanlarından yararlanmaq istəyir, bunun üçün isə hərbi nəzarət lazımdır.

“Etirazların arxasında ABŞ dayanır? Heç də belə deyil. Etirazların arxasında hökumət və siyasi elita daxilindəki qruplar dayanır. Vəziyyətin ayıq başla qiymətləndirilməsi budur”, - ekspert bildirib.
 

Son xəbərlər

Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib

Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH

Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI

Mayın ilk gününün havası açıqlanıb

Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək

“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA

Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU

Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ

Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı

ADNA terrorundan 15 il ötür

Ən yaxşı öpüşən 5 bürc: Onlarla ehtiraslı sevgi yaşaya bilərsiniz

Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı - FOTO

Həmzə Yusif istefa verdi

NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

Ukrayna Prezidenti: Rusiya ordusu yeni hücuma hazırlaşır

ABŞ səfiri Qırmızı Qəsəbədə olub

Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət edilib

Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ

Qazaxda mina partladı - Yaralı var

Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir

Konsulun vəzifələri artırıldı

VI Ümumdünya Mədəniyyətlərarası Forumda 700 qonaq olacaq

Fatih Canı deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

Bütün xəbərlər