{category-title}

Kərim Tahirov: Gələcək nəsillər şanlı Qələbəmiz ilə haqlı olaraq fəxr edəcək

 

Kərim Tahirov

Milli Kitabxananın direktoru, professor 

 

Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 8 noyabr- Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix ölkəmizdə Zəfər Günü kimi təsis olunub. Artıq iki ildir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ərazilərimizin işğaldan azad edildikləri tarixlərdə bu torpaqlara səfər edir, Böyük Qayıdış proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edir, eyni zamanda, bu məkanlardan bir daha Ermənistaa və ona havadarlıq edən dövlətlərə mesajlar çatdırılır. Torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanları, həmçinin necə qurucu xalq olduğumuzu dünyaya çatdırır.

Noyabrın 8-də Şuşada Zəfər Günü ilə bağlı təşkil olunan tədbirdə iştirak edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışında bir daha tarixi Zəfərimizə gedən yoldan, Azərbaycanın ötən illərdə Qələbəyə hazırlıq istiqamətində gördüyü işlərdən geniş bəhs etdi. Bir daha bu məkandan bildirildi ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Dövlət başçısı İlham Əliyev müharibənin getdiyi dövrlərdə xarici mətbuata müsahibələrində də “Şuşasız bizim işimiz yarımçıq olar” söyləyərək hədəfləri açıqladı. Şuşadakı çıxışında ölkə Prezideti bildirdi ki, təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

Şuşa 28 il əsarətdə qalsa da, sınmadı, əyilmədi. Tarixi sahiblərinin gələcəyinə, azadlığına qovuşacağına əmin idi. Azərbaycan xalqı bir an belə işğal altında olan torpaqlarımızı unutmadı. Xalqımız tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində 30 illik işğala son qoyulacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. 30 ilin işğalına 44 gündə son qoymaq Azərbaycanın müharibə taktikasının da nümunə olduğunu təsdiqlədi. Hazırda inkişaf etmiş ölkələrin hərbi ekspertləri dastana çevrilən Şuşa əməliyyatını araşdırır, öyrənir, dərsliklər salınmasının vacibliyini bildirirlər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq.

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər