{category-title}

Ədalət Hacıyev: Qubadlı yeni inkişaf mərhələsini yaşayır

 

Ədalət Hacıyev

Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru 

 

İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən savaşı Azərbaycan tarixinin zirvə nöqtəsi oldu. 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü bərpa edən 44 gündə yazılan şanlı tarix Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını isə qalib xalqa çevirdi. Azərbaycanın hərbi və iqtisadi gücünün, xalqımızın milli birliyin dünyaya nümayişi olan Vətən savaşı 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi müdrikliyinə şahidlik etdi.

Xalqımızın əyilməz ruhunu göstərən möhtəşəm qələbədən dərhal sonra dövlət başçısının bütün səyləri işğaldan azad edilən ərazilərin quruculuq və bərpa işlərinin sürətlə davam etdirilməsinə, həyatın tezliklə adi axarına düşməsinə yönəldildi.

Cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan torpaqlarda artıq həyat yenidən canlanmağa başlayıb. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müntəzəm işğaldan azad edilən ərazilərə səfərləri bir daha bütün Qarabağın inkişafının düşünülmüş və planlı şəkildə aparıldığını təsdiq edir.

Düşməndən azad edilməsi ilə 44 günlük müharibənin tarixi əhəmiyyətli dönüş nöqtəsi olan Qubadlı Şuşa, Laçın, Kəlbəcərə, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və digər işğaldan azad edilən torpaqlar kimi yeni inkişaf mərhələsini yaşayır. Cənnət yurdlarımıza həsrət qalmağın ağrı-acısını yaşayan, dədə-baba torpaqlarından zorla didərgin salınaraq ölkənin dörd bir yanına pərən-pərən düşmüş yüzminlərlə soydaşlarımız indi Böyük qayıdışa hazırlaşır. 30 il ərzində dədə-baba yurdundan didərgin düşmüş məcburi köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir, nəhəng tikinti və quruculuq işləri sürətlə davam edir.

Oktyabrın 19-da ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydular. Beləliklə, düşmənin dağıtdığı, yerlə-yeksan etdiyi Qubadlı rayonu ən müasir normalara uyğun, tarixi keçmişi saxlanılmaqla yenidən qurulur.

Azərbaycan Vətən müharibəsini zəfərlə yekunlaşdırdıqdan dərhal sonra işğaldan azad etdiyi ərazilərdə rayonlar arasında birləşməni təmin edəcək yolların istifadəyə verilməsi insanların rahatlığının təmin edilməsinə hesablanıb. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yolun çəkilməsi isə burada istehsal olunacaq məhsullarının bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaradacaq.

Qürurverici haldır ki, erməni vandalları tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, viran qoyulmuş yurdlarımız dirçəlir, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Bütün bu misilsiz işlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq həmin bölgələrimizə səfərlər edərək görülən işlərlə yerindəcə tanış olur, tapşırıqlarını verir. Tezliklə öz yurdlarına dönəcək soydaşlarımız üçün yüksək səviyyədə və təhlükəsiz həyat şəraitinin yaradılması üçün tədbirlər görür.

Düşmən tapdağından qurtulub rahat nəfəs alan torpaqlarımızda başlanan quruculuq işləri gündən-günə sürətlənir, Azərbaycan dövləti bu əraziləri bərpa edir, ona ikinci həyat bəxş edir.

Son xəbərlər

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bütün xəbərlər