{category-title}


Rizvan Bayramov
Cəlilabad şəhərində fəaliyyət göstərən “Rizvan” şirkətinin prezidenti

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı , Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı.

Qalib Prezident,  qüdrətli Ali Baş Komandan İlham Əliyevin  10 noyabr 2020-ci ildə, gecə saatlarında Azərbaycan xalqına və bütün dünyaya  elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğmuşdur.  Artıq Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdırılmiş, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyulmuşdur. Bu, çoxəsrlik Azərbaycan tarixində təkrarolunmaz qələbədir. Bu, həm də 1924-cü ildə süni yolla elan olunmuş Dağlıq Qarabağın qondarma statusunun ləğv edilməsi deməkdir. Dağlıq Qarabağda heç bir xarakterik xüsusiyyətinə görə muxtariyyat qurumunun yaradılması qanuni deyildir. Bu, vaxtilə İosif Stalinin ermənilərin mənafeyinə uyğun olaraq bolşevikcəsinə - zorla qebul etdirdiyi süni bir qərar idi. Azərbaycan əsgərinin qanı bahasına azad edilmiş  Qarabağda heç bir əlavə qurumun yaradılmısına yol verilməyəcəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi on yeddi ildən artıq bir dövrdə ölkəmizin hərtərəfli surətdə inkişaf etdiriməsi və beynəlxalq aləmdə özünə layiq yer tutması üçün sözün böyük mənasında əsl liderlik missiyasını dönmədən həyata keçirmişdir. Müstəqil Azərbaycan dövlətinin böyük addımlarla irəliyə doğru inkişaf etməsi və ölkəmizdə xalqla rəhbər arasındakı möhkəm birliyin təmin olunması, dünyada Azərbaycanın rolunun və nüfuzunun artması yollarında həyata keçirdiyi uğurlu islahatlar, xalqımıza qazandırdığı möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin Böyük Liderlik missiyasını yüksək səviyyədə və dönmədən yerinə yeritdiyini beynəlxalq aləmin gözü qarşısında aydın surətdə nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev torpaqlarimizi qaytarmaq naminə başqa yolumuzun qalmadığı üçün başladığı Vətən müharibəsində möhkəm əqidəli, hərtərfli yüksək hazırlığa malik və qətiyətli lider kimi bütün sahələrdə olduğu kimi hərb işinə gə böyük bacarıqla rəhbərlik etməyin əsl nümunəsini göstərmişdir. Siyasi-ideoloji cəbhədə, informasiya müharibəsi aparmaqda və hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində nümayiş etdirdiyi qeyri-adi professionallıq və sarsilmaz iradə Azərbaycanın ədalətli Vətən müharibəsində qazandığı zəfərlərin möhkəm əsaslarını təşkil edir. Prezident İlham Əliyevin Azərbaycanın Vətən müharibəsində xalqa müraciətləri və xarici ölkələrin müxtəlif televiziya kanallarına, informasiyası agentliklərinə verdiyi dərin məzmunlu müsahibələr özünün dərin siyasi mahiyyəti, hərbi-strateji hədəfləri və səfərbərlik ruhu etibarilə  güclü təsiredici imkanlara malik idi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına 27 sentyabr 2020-ci il tarixdə etdiyi müraciət dövlət səviyyəsində müharibə anonsu verilməsindən çox Dağlıq Qarabağ və ətraf torpaqlarımız erməni işğalından azad edilməsi uğrunda ədalətli müharibədə vətənpərvərlik və birlik nümayiş etdirməyə çağırışın ifadəsi idi. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Vətən müharibəsində müstəqil dövlətimizin və xalqımızın qarşısında duran vəzifələrinin strategiyası və taktikasını müəyyən edən siyasi-hərbi tezisləridir.
Qüdrətli Dövlət başçısı və Qalib Ali Baş Komandanın müraciətləri sözün əsl mənasında birlik, vətənpərvərlik və səfərbərlik dərsləridir.
Azərbaycan Republikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın müxtəlif qitələrinin, fərqli maraqlara malik olan ölkələrinin televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrlə Vətən müharibəsi proseslərində müstəqil dövlətimizin siyasi-hərbi mövqeyinin, haqq işinin, ədalətli mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinə, beynəlxalq birliyə çatdıran aydın və sərrast bəyanatlar idi.
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Dağlıq Qarabağda və ətrafında qədim torpaqlarımız işğal edilməsinin səbəbləri və nəticələri, müstəqil dövlətimizin apardığı ədalətli mübarizənin əsas hədəflərinin real bəyannamələrindən ibarətdir. Bu bəyanatlar həm də dünya ictimaiyyətini Ermənistanın, xüsusən də Paşinyan hakimiyyəti dövründə hər cəhətdən iflasa uğraması, məğlubiyyətə məhkum olması haqqında məlumatların çatdılırması baxımından əhəmiyyətlidir.
İlham Əliyevin müsahibələri Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini açıb göstərən və ifşa edən ən kəsərli silah kimi səslənir. Ali Baş Komandan İhlam Əliyevin müraciətləri və müsahibələri Azərbaycan hərbi strategiyası və taktikasının mükəmməl təlimidir. İlham Əliyevin müraciətləri və müsahibələri çoxəsrlik Azərbaycan tarixini keşməkeşli səhifələrinə aydınlıq gətirən, dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılan dərsləridir. Azərbaycan xalqının Birlik və həmrəliyi, qalibiyyət ruhu, yenilməzliyi Prezident İlham Əliyevin müraciətləri və müsahibələrində sərrast şəkildə öz əksini tapmışdır. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Qarabağ- Vətən müharibəsində qazanılan zəfərlər, işğaldan azad olmuş torpaqlarımız haqqında qələbə soraqlı ən mötəbər mənbələrdir.
Postmüharibə dövründə müstəqil Azərbaycan dövlətinin hədəfləri və vəzifələri də Prezident İlham Əliyevin müsahibələrində öz əksini tapmışdır.
Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müraciətləri və müsahibələri onun hərbi sərkərdəlik qabiliyyəti, müharibə dövrünün mürəkkəb proseslərini təhlil edib dəyərləndirmək, ən münasib çıxış yolları müəyyən edərək rəhbərlik etmək məharətini də aydın surətdə nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycan tarixinə Qalib Ali Baş Komandan kimi daxil olub və  Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi öz möhürünü vurmuşdur. Bu, Böyük Qələbə Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur.

Bu, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin qələbəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza hər bir müraciəti Qarabağın qədim tarixə malik Azərbaycan torpağı olmasının, ölkəmizin haqq işinin və ədalətli mübarizəsinin tarixi və siyasi cəhətdən əsaslandırılmasına, əsl gerçəkliyin dünya ictimaiyyətinə çatdılımasına uğurla xidmət edir.

Son xəbərlər

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bütün xəbərlər