{category-title}

 Rizvan Bayramov

Cəlilabad şəhərində fəaliyyət göstərən “Rizvan” şirkətinin prezidenti

 

Prezident İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində şanlı zəfər qazandı. Təbii ki, apardığımız mübarizənin zəfərlə başa çatması bizim birliyimizdən, həmrəyliyimizdən keçirdi. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə də böyük məsuliyyət düşürdü. Çünki Azərbaycanın haq-ədalət uğrunda, işğala qarşı döyüşdüyünü dünya ictimaiyyətinə çatdırmaq daha vacib məqamlardan idi. Soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali qiymət 22-23 aprel 2022-ci il tarixində Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi oldu:

Dünya Azərbaycanlılarının V Qurultayı şanlı zəfərimizin bariz nümunəsidir

Qurultayda müzəffər Ali Baş Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı. Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq. Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi: növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki, xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Zəfər Qurultayı bu qədər möhtəşəmdir. Zəfər Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atadılar. Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultayda iştirak edən hər bir nümayəndə qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşadılar. Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər.

Dünya Azərbaycanlılarının V Qurultayı şanlı zəfərimizin bariz nümunəsidir

Azərbaycanın diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız öz vətənləri ilə əlaqələrini daim gücləndirməyə çalışmalıdırlar. Ölkə başçısı İlham Əliyev qurultaydakı nitqində bildirib: “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün”. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünyada sayılıb-seçilən nüfuzlu ölkələr sırasında yer alıb. Azərbaycan diasporu indi yüksək səviyyədə təşkilatlanmış formadadır.

Dünya Azərbaycanlılarının V Qurultayı şanlı zəfərimizin bariz nümunəsidir

Soydaşlarımızın qədim, azad Şuşanı görmək, gəzmək arzusuna imkan verən qurultay uzun illər təkcə tədbir iştirakçılarının deyil, həmçinin xalqımızın xatirəsində yaşayacaq. Zəfər Qurultayı bir daha bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirdi: “Qurultay soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq. Qarşıda görəcəyimiz hələ çox planlar var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müqəddəs kəlamlara sadiq qalaraq bu gün nümayiş etdirdiyimiz həmrəylik, inanırıq ki, heç vaxt sarsılmayacaq, daim inkişaf edəcək və daha da möhkəmlənəcək.

Dünya Azərbaycanlılarının V Qurultayı şanlı zəfərimizin bariz nümunəsidir

 

Son xəbərlər

Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub

Bu gün müəllimlərin peşə bayramıdır

Cəbrayıla yolu belə çəkərlər... - Fotolar

Metroda bu qaydaları pozsanız - 200 manat cərimələnəcəksiniz

Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL

Mazhar Alansona ağır itki

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

Sarkisyana bəraət verdiyi üçün işdən çıxarıldı

“Bunun ünvanı Dövlət Departamentinin Dövlət katibidir…”

Şənbə gününün - Havası

Kim Çen In Cənubi Koreyanın hədəsinə belə cavab verdi: Nüvə hücumu olacaq

Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər

Metroda faciəvi şəkildə ölən şəxsin kimliyi bilindi

Neftimizin qiyməti 80 dolları keçdi

Zakir Həsənov Türkiyəyə getdi

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan etiraz

Əli Əsədov Minskdə Lukaşenko ilə görüşdü - Fotolar

Prezident və xanımı Cəbrayıla getdi - Yenilənir

Şaiq Sultanov vəfat etdi

Prezident həmkarlarını təbrik etdi - Yenilənib

Gömrük orqanlarında xidmətə qəbula dair yeni prosedur müəyyənləşib

Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı enib

Bütün xəbərlər