{category-title}

Fəxri Mehdiyev: Tarixə həkk olunan Şanlı Qələbə

 

Fəxri Mehdiyev

“Azərpambıq ASK” MMC-nin direktoru


2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun mövqeləri növbəti dəfə Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutuldu. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusuna bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə əmr verdi. Bu döyüşlərdə Azərbaycan ordusu böyük əzmkarlıq və qəhramanlıq göstərərək az bir müddətdə böyük irəliləyişlər əldə etdilər. Şanlı tariximizə “44 günlük müharibə” kimi düşən Vətən Müharibəsinin hər günü yeni ərazilərimizin işğaldan azad olunması, düşmənin böyük itkilər verərək geri çəkilməsi ilə müşahidə olundu. Azərbaycan ordusu bir birinin ardınca rayon və kəndlərimizi düşmən işğalından azad edir və düşmənə sarsıdıcı zərbə vururdu. 8 noyabr 2020-ci ildə Azərbaycanın baş tacı, Qarabağın incisi olan Şuşa işğalçılardan azad edildi. 10 noyabr 2020-ci il tarixində Rusiya, Azərbaycan, Ermənistanın iştirakı ilə üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu. 10 noyabr Bəyənatının imzalanması ilə münaqişənin hərbi mərhələsi sona çatdı. Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər, Laçın qan tökülmədən öz əsl sahiblərinə qaytarıldı.
Prezident İlham Əliyevin Sərəncamı ilə hər il Şüşanın işğaldan azad olunduğu gün “Zəfər Günü” kimi qeyd olunur. Ötən il olduğu kimi bu il də noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. Hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Şuşa həqiqətən alınmaz qala sayılır. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq.
Daha sonra Prezident bildirdi ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də - müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik.
Çıxışının sonunda Prezident İlham Əliyev hərbiçilərimizə təşəkkürünü bu sözlərlə ifadə etdi – “dediyim bütün bu sözlərin bir mənbəyi var - həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm”.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər