{category-title}

"Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir" - Prezident
"Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir:
"Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. 2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstəririk. Azərbaycan Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan, Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı qeyd edilməlidir. Biz COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik"

Son xəbərlər

"Axios": Trampın səbri tükənir, İranla böyük müharibə ehtimalı 90%-dir

Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi

Xamenei azərbaycanlıları təriflədi - Təbrizlilər bu şuarları səsləndirdilər

Bəzi yerlərdə külək güclənəcək

ANAMA əməkdaşının vəziyyəti - Açıqlandı

Onların evini dövlət təmir edəcək

İnşaat Kollecinə yeni direktor təyin olundu

Həqiqətə qarşı sifarişli hücumlar və susmayan vicdan

Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı

Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri – SİYAHI

Azərbaycan nefti ucuzlaşıb

ADY: Naxçıvanda dəmir yollarının bərpası üzrə birinci mərhələ icra olunur

Musa Abbasov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Daha 17 itkin-şəhid dəfn olunacaq - SİYAHI

Mirdamət Seyidovun nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

Paşinyan işgüzar səfərlə ABŞ-yə yola düşüb

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

Patruşev NATO-nu hədələdi - “Bunu etməyə hazırıq”

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” - Qurban Qurbanov - Video

Koxalski “Nyukasl”la oyuna çıxacaq?

Səidə Haqverdiyevanın həbsi tələb edilir

Bütün xəbərlər