{category-title}

Audiovizual Şura efir məkanında ümumi maraqların təmin olunmasına çalışır
Azərbaycan Respublikasının Audiovizual Şurası ölkə ərazisində televiziya və radio yayımı sahəsində nöqsanları aşkar etmək, mövcud problemlərin həll yollarının göstərilməsi, daha keyfiyyətli və peşəkar yayımın təşkili baxımından addımların atılması məsələlərində daim diqqət mərkəzində dayanır.
Bu cür ictimai maraq doğuran məsələlərlə birbaşa əlaqəli fəaliyyət eyni zamanda qurumun fəaliyyətinə ictimai marağı da artırır. Çünki televiziya və radio yayımı əhatə dairəsi baxımından olduqca geniş kütləni özündə birləşdirir və müvafiq sahəyə nəzarət həm də geniş auditoriyanın maraqlarının müdafiəsinə əsaslanmalıdır.
Azərbaycan Respublikasının Audiovizual Şurası isə məhz bu baxımdan olduqca səmərəli fəaliyyət göstərir. Çünki maraqlarını müdafiə etdiyi geniş auditoriyanın hüquqları həmçinin Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Sözügedən şura da verdiyi qərarlarda hər zaman ölkə qanunlarına riayət olunması prinsipini prioritet hesab edir. Yəni Audiovizual Şura fəaliyyət göstərdiyi sahədə Azərbaycan Respublikası qanunlarının gözlənilməsini, qanunazid halların qarşısının alınması məsələlərində güzəştsiz mövqe nümayiş etdirməyi vacib hesab edir. Bununla qurum həmçinin bir neçə milyonluq auditoriyanın maraqlarını ən doğru şəkildə müdafiə etmiş olur.
Belə olan halda zaman-zaman Audiovizual Şuranın ünvanına səsləndirilən yersiz tənqidlər tənqidçilərin qanunun aliliyi prinsipindən bixəbər olduqlarını göstərir. Hər hansı bir məsələdə qanun pozuntusu olmadığı halda qeyri-adekvat tədbirlər görülməsi barədə tələblər isə əslində, qanunsuz çağırış xarakteri daşımağa başlayır.
Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən görülən işlərə nəzər salsaq, xüsusən son dövrlərdə ölkədə televiziya və radio yayımı sahəsində mütərəqqi addımların atıldığını, gələcəyə yönəlik layihə və planların bu sahədə inkişafa geniş imkanlar yaradacağını söyləmək mümkündür.
Məsələn, sözügedən qurum fəaliyyət göstərdiyi sahə üzrə nəzarət funksiyası ilə yanaşı, həmçinin maarifləndirmə öhdəliklərini də yerinə yetirir.
Belə ki, 22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında ümumölkə yerüstü televiziya yayımçılarının proqram rəhbərləri ilə Azərbaycan Respublikası qanunvericiliyi və məqsədli dövlət proqramlarına uyğun olaraq Audiovizual Şura və ümumölkə televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların yerinə yetirilməsi üzrə hesabatlara dair görüş keçirilib. Görüş zamanı yayımçılara qanunvericilik və məqsədli dövlət proqramlarına uyğun olaraq zəruri tövsiyələr verilib.
Bununla yanaşı, televiziya və radio yayımlarında müşahidə olunan ən ciddi problemlərdən biri olan reklam blokunun həcmi ilə bağlı mövcud durumu da qiymətləndirməmək mümkün deyil. Yayımçılar tərəfindən reklam blokunun maksimum həcminin pozulması halları artıq televiziyalarımızdan, demək olar ki, təmizlənib. Audiovizual Şuranın ciddi nəzarəti sayəsində xüsusən televiziya izləyicilərini narahat edən bu məqam aradan qaldırılıb.
Audiovizual Şura tərəfindən həssas məsələlərə çevik reaksiya verilməsi halları da dəfələrlə müşahidə olunub. Belə ki, 2022-ci il martın 11-də Azərbaycan Respublikası Audiovizual Şurasının televiziya və radio yayımçılarına müraciəti yayımlanıb. Müraciətdə nasist ideologiyasının banisinin təsvir olunduğu reklam çarxının Azərbaycan cəmiyyəti üçün qəbuledilməz olduğu qətiyyətlə vurğulanıb və bu cür məzmunlu reklam çarxlarının istehsalının dərhal dayandırması tələb olunub.
Azərbaycan Respublikasının Audiovizual Şurası həmçinin öz fəaliyyətində beynəlxalq prinsip və qaydalara riayət edir. Qurumun nümayəndəsinin 11-13 may 2022-ci il tarixlərində Belçikanın Antverpen şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 55-ci Toplantısında iştirakı beynəlxalq təcrübəyə və əməkdaşlığa olan marağın göstəricisi hesab olunmalıdır. EPRA-nın sözügedən toplantısında 47 Avropa dövlətindən 55 audiovizual yayım tənzimləyici təşkilatının, habelə, Avropa Komissiyasının, ATƏT-in Media Azadlığı üzrə Bürosunun, Avropa Şurası tərkibində fəaliyyət göstərən Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının 160-a yaxın nümayəndə və eksperti iştirak edib.
Beynəlxalq əməkdaşlıqdan bəhs etmişkən, Audiovizual Şuranın rəhbərliyinin də təmsil olunduğu İstanbulda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Media və İnformasiya üzrə İşçi Qrupunun 13 may tarixli 9-cu toplantısını da xatırlatmaq mümkündür. Bundan əlavə, 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov ilə Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Radio Televiziya Üst Kurulunun (RTÜK) rəhbəri Əbubəkr Şahin arasında görüş keçirilib. Görüşdə Audiovizual Şura ilə RTÜK arasında mövcud əməkdaşlıq əlaqələri, Azərbaycan-Türkiyə Ortaq Media Platformu çərçivəsində birgə fəaliyyət, yeni qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bir sıra yeniliklər müzakirə olunub. Həmçinin gələcək əməkdaşlıq və birgə fəaliyyət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qurumun beynəlxalq təcrübəni mənimsəməsi və geniş əməkdaşlıq perspektivlərini nəzərdən keçirmək istiqamətində atdığı addımlar Azərbaycanda televiziya və radio yayımı sahəsində dünyadakı yeniliklər fonunda müvafiq düzəlişlərin edilməsinə hesablanıb. Şuranın yerli televiziya və radiolarla bağlı etdiyi xəbərdarlıqlarda irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması kimi anlaşıla biləcək məqamlara xüsusi həssaslıq nümayiş etdirməsi də təqdirəlayiq haldır.
Ümumilikdə Azərbaycan Respublikasının Audiovizual Şurasının fəaliyyətində ölkə qanunlarını və beynəlxalq prinsipləri, insanların təməl hüquq və azadlıqlarının müdafiəsi kimi amilləri rəhbər tutması yekunda ədalətli və adekvat qərarların qəbuluna zəmin yaradır. Bu isə şuranın fəaliyyətinin birbaşa olaraq cəmiyyətin ümumi maraqlarının təmin olunması işinə töhfə verməsinə gətirib çıxarır.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər