{category-title}

Qarabağ və Şərqi Zəngəzurda TV yayım kanalları ayrıldı
Audiovizual Şura Qarabağ və Şərqi Zəngəzurda televiziya yayım kanallarının ayrılması barədə qərar verib.
Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən Şuraya daxil olmuş 18 mart 2022-ci il tarixli 109-1-9/399-22 nömrəli məktubu, bununla bağlı Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin 06 iyun 2022-ci il tarixli 1 nömrəli rəyini nəzərə alaraq, ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılsın:
Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan 47-ci TV yayım kanalı (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 43-cü TV yayım kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 26-cı TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" avtomatik RTYS-dan 23-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla).
2. Siyahıda qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış TV yayım kanallarından yayım həyata keçirəcək ümumölkə və regional (Şərqi Zəngəzur və Qarabağ bölgələri üzrə) yerüstü televiziya yayımçıları həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versinlər.
3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər