{category-title}

Emin Mirzəyevin uğurları hər kəsin gələcəyə ümidlə baxmasına əsas verir

 

Yaxşı, xeyirxah, əməli saleh insan demək olar ki, əbədidir, ölməzdir. Ona görə ki, xeyirxah insanlar əməlləri ilə,  gördüyü işlərlə nəsillərə qoyub getdikləri töhfələrlə hər zaman yad edilir və digər şəxslərə də ən yaxşı nümunə kimi göstərilirlər. İnsanlarda bir çox keyfiyyətlər var lakin, onların ən gözəli yaxşılıq etmək, xeyirxahlıqdır. Çünki bu elə bir xüsusiyyətdir ki, birbaşa insanlar arasındaki münasibətlərdə təzahür edir. Və xeyirxahlıq elə bir şeydir ki, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi insanın ən çarəsiz anında qarşısına çıxır. Buna görə də yaxşı insan olmaqdan qorxmamaq lazımdır. Çünki hər hansı cəhətdən edilən yaxşılıq bu dünyada itmir. 


Buna görə də, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq lazımdır. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Təbii ki, dünya bu cür dəyərli, qiymətli insanlardan xali də deyil. Əgər yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və bir o qədər də şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək yanılmarıq. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, əsl insan, Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyevdir. Buna görə ki, Emin Mirzəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır. Emin Mirzəyev həmçinin qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Çünki Emin Mirzəyev onların heç bir müraciətini geri çevirməyən və səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazır olan bir şəxsdir. Emin Mirzəyev hətta karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərmişdir. 

Şərəfli vəzifəyə yiyələnən Emin Mirzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Emin Mirzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Çünki o, kömək etdiyi hər kəsin rəğbətini qazanan şəxsiyyətdir.

 Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Emin Mirzəyev, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Hal-hazırda Gilan Sənaye Qrupunun rəhbəri vəzifəsini daşıyan Emin Mirzəyev, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Emin müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir.Emin Mirzəyevi tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Onu da qeyd etmək lazımdır ki, Emin Mirzəyev yüksək texniki biliyi və təhsili olan, həmçinin çox yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir.

Sorğu apardıq ağız dolusu Emin Mirzəyevdən danışdılar: yaxşı ki, Emin Mirzəyev Gilan Sənaye Qrupunun rəhbəridi. Emin Mirzəyev öz işgüzarlığı ilə tanınır və seçilir. Emin Mirzəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir. Bunun sirri onun Gilan Sənaye Qrupunun rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır.

Emin Mirzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, hətta vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Emin Mirzəyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən xüsusi zövq alır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son xəbərlər

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Bütün xəbərlər